Aləmi-röyada gördüm ki, tam, oturuşmuş sivil bir ölkədə yaşayıram və bu ölkədə hamı qanunlarla yaşayır. Röyada hətta mənim də maşınım vardı və mən də yol polisinə hüquqlarımı diqtə eləyə bilirdim. Yusif peyğəmbər xeyirə yazsın, suyumuz qrafiklə gəldiyindən yuxunu suya danışammadım, amma ürəyim partlayır, qoy sizə danışım.
Yuxuda görürəm ki, bir dranqlet "Jiquli"m var və qonaqlıqdan evə gedirəm. Yolda nəyə görəsə bir "Zaporojets" QAİ maşını dayanıb. Bərk də getmirəm, saatda 51 km. Birdən "Zapı"dan çıxan serjant ağacını yelləyib məni saxladır. Sən demə nişana görə burada 40-la getmək lazımdır, mən sürəti 11 km. artırmışam.
Serjant yaxınlaşanacan düşünürəm ki, bu yaşda serjantırsa, deməli ali təhsilli deyil, çünki yuxuda elə bilirdim ki, ali təhsillilər qanunları daha yaxşı bilirlər. Deməli, ali təhsili yoxdursa, vəziyyətdən çıxış yolu tapmaq olar. Yaxınlaşır. Aramızda belə dialoq olur:
- Sənədlərinizi!
- Bəs sizinkilər?
Göstərir. Mən də göstərirəm.
- Siz sürəti artırmısınız.
- Mən artırmamışam.
Cihazı göstərir.
- Cihazın sənədləri var?
- Var.
- Zəhmət olmasa göstərin.
Yuxu olmasaydı mən də inanmazdım. Çox əsəbi olan serjant sənədin kserosurətini göstərir. Özümü təəccüblənmiş kimi göstərib soruşuram:
- Bu nədi?
- Cihazdan istifadə üçün icazə kağızı. Bu da yararlılıq müddəti, hələ keçməyib...
Çox ciddi soruşuram:
- Necə düşünürsünüz, mən sürücülük vəsiqəsinin, ya da texniki pasportun kserosurəti ilə gedə bilərəm?
Serjant çaşır, amma köməyinə maşında olan iki həmkarı gəlir və başlayırlar mənə qanun izah eləməyə. On dəqiqə çalışırlar ki, haqlı olduqlarını sübut eləsinlər, bir şey çəxmır, yorulub əl çəkirlər və buraxırlar..
Sevinirəm ki, üç serjantın onlar haqlı ola-ola, başlarını aldada bilmişəm. Qazı basıram, sürət qalxır doxsana. Düzdür, bura da yaşayış məntəqəsidir, amma başqa rayonun ərazisidir. Haradansa polis işçisi peyda olur və sevincək halda maşını saxlamağı işarə edir. Polis məni öz maşınına dəvət eləyir. Orada noutbukda videoçəkilşi göstərir. Həyasızlıqla cihaz üçün icazə kağızının olub-olmadığını soruşuram.
- Var!
- Göstərin!
Təəccübdən gözüm kəlləmə çıxır, polis sənədin orijinalını, yəni, əslini göstərir. Düşünürəm ki, ilişdim, sürəti düz 30 km. artırmışam, qiymət baha olacaq. Birdən ağlıma gəlir:
- Bəs sizin noutbukun proqram təminatı lisenziyalıdırmı?
Bü dəfə polisin gözü kəlləsinə çıxdı və heç nə demədən sənədlərimi qaytardı. Bir saat sonra evdə idim.
Deyirəm, nə yaxşı ki, bunları yuxuda görmüşəm. Yoxsa mənə elə lisenziya göstərərdilər ki... Yuxu olmasaydı mən də belə həyasızlıq eləməzdim axı. Adama deyərlər "Zapı"da QAİşnik olar?..
Oqtay Salamov
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sürücülük vəsiqəsi və texpasportun kserosurəti ilə maşın sürmək olarmı?
13 Yanvar 2011 09:47
Baxış: 700

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi