Cəmiyyət

Məktəbdə namaz qılmaq olar?

13 Oktyabr 2014 15:30
2 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rus müəllimləri məni görüb təhqirə başladılar ki..."

Müəllim məktəbdə namaz qıla bilərmi? Bu sualla oxuculardan biri Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sualda deyilir:

"Mən müəlliməm. Ruslarla birgə çalışıram. Bu gün namazımı çatdıra bilməyəcəyim üçün məktəbdə qıldım. Amma rus müəllimləri görüb təhqirə başladılar ki, burada icazə verilmir.

Həqiqətən Azərbaycanda müsəlman müəllimə məktəbdə namaz qılmağa izn verilmir? Əgər bu belədirsə, bu harada sənəd kimi qeyd olunub?"

Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin cavabında isə bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. "Lakin dinimizin şəriət qaydalarına əsasən, hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə, sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyyə olunur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.