Cəmiyyət

Noyabr ayında qeyri-iş günləri məlum oldu

9 Oktyabr 2014 12:39
8 Şərh     Baxış: 246 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanda iki gün qeyri-iş günü olacaq

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günüdür. Lakin bu tarix bazar gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 10-da da istirahət edəcəklər. Beşgünlük iş həftəsi ilə işləyən vətəndaşlar üçün isə 3 gün - noyabrın 8, 9 və 10-u istirahət günü olacaq.

Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.

Qeyd edək ki, noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Milli Dirçəliş Günü - noyabrın 17-si də iş günüdür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.