Azərbaycan elminə ağır itki üz verdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış memar, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Respublikası Memarlar İttifaqının üzvü, memarlıq üzrə fəlsəfə doktoru İradə Rövşən (İradə Rövşən qızı Məmmədova) ötən gün ömrünün 46-cı ilində dünyasını dəyişib.Respublika Memarlar İttifaqının üzvü İradə Rövşən dünyasını dəyişib
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, İradə Məmmədova (Abdullayeva) 1968-ci il may ayının 15-də Şəkidə ziyalı ailəsində anadan olub. Atası mühəndis kimi uzun illər yol-körpü tikintisi ilə məşğul olub və işi ilə əlaqədar ailəsi ilə birlikdə tez-tez yaşayış yerini dəyişib. Bu səbəbdən də o, orta məktəbi Zaqatala şəhərində bitirib.
Uşaqlıqdan rəssamlığa böyük marağı olan İradə Rövşən 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Memarlıq" fakültəsinə daxil olub, 1990-cı ildə ali təhsilini başa vurub ailəsi ilə birlikdə Şəkiyə qayıdıb və AMEA-nın Şəki Regioanl Elmi Mərkəzində əmək fəaliyyətinə başlayıb.
Gənc mütəxəssisin tədqiqatçılıq qabiliyyətini nəzərə alan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurası "Şəki yaşayış evlərinin interyeri" mövzusunu İradə Məmmədova üçün dissertasiya mövzusu kimi təsdiq edib. Böyük maraqla və həvəslə tədqiqatçılıq fəaliyyətinə başlayan dissertant bu çətin və maraqlı mövzunun öhdəsindən layiqincə gəlib. Onun apardığı tədqiqatın elmi yeniliyi və aktuallığı Dissertasiya Şurasının üzvlərindən yaradılmış komissiya tərəfindən verilmiş rəydə yüksək qiymətləndirilib.
Üç illik gərgin elmi axtarışların müsbət nəticəsi 2007-ci il dekabrın 25-də özünü doğrultdu. Həmin gün İradə Rövşən qızı Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında "Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya işini müdafiə edərək memarlıq namizədi alimlik dərəcəsi adına layiq görüldü. İşlədiyi müddətdə onun "Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)" adlı kitabı və respublikamızda, eləcə də xarici ölkələrdə çoxsaylı elmi məqalələri dərc olunub.
İradə Rövşən 2008-2013-cü illərdə Şəki Regional Elmi Mərkəzində elmi katib vəzifəsində və sonra ömrünün son günlərinədək Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.
Gənc alim, səmimi insan, dəyərli dost olan İradə xanım onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
Toyda əsəbiləşən gəlin uşağı VURDU - VİDEO
-
Usta işləyən gənclərin oxuduğu azan hamını HEYRƏTLƏNDİRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi





