Cəmiyyət

Qeyri-adi bacarığı ilə seçilən aşıq

25 Sentyabr 2014 14:35
0 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu materialımızın qəhrəmanı qərb bölgəsinin sevimli aləti hesab olunan sazda məharətlə ifa etməyi bacaran Qazax rayon sakinidir. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, onu digər aşıqlardan fərqləndirən bir neçə xüsusiyyəti var. 72 yaşlı Qazax sakini sazı iki barmağı olmadan ifa edir. Müəllimsiz bu sənətə mükəmməl şəkildə yiyələnən aşığı tanıyaq.

15 yaşından el şənliklərində, kiçik məclislərdə saz ifa edən Qazax rayon Ürkməzli kənd sakini Əvəz Camalov gənc yaşlarında bir müddət sazdan ayrılıb dülgərlik edərkən ehtiyatsızlıqdan sol əlinin 2 barmağını itirib. Bundan sonra sevimli peşəsinə yenidən qayıdan aşıq Əvəz, vacib olan  barmaqları olmadan da saz ifa etməyin mümkün olduğunu sübut etməyi bacarıb. 72 yaşlı aşıq digər aşıqlardan elə bu qeyri-adi bacarığı ilə seçilir. Əvəz Camalov 2 barmağı olmadan istənilən aşıq havasını ifa etməyi bacarır. Nəvə-nəticəsini başına yığıb müxtəlif havalarla onları feyzyab edən aşıq Əvəz bəzən barmaqlarının yoxluğunun acısını çəkir. Aşığın dediyinə görə, o, ifa zamanı  çətinlik yaşayır. Buna görə də aşıq sazını bir az fərqli düzəltdirmək məcburiyyətində qalıb.

Aşıq Əvəz Camalov tək ifaçılığı ilə yox, diləyatımlı şeirləri ilə də diqqət çəkir. Övladları onun yolunu getməsələr də nəvələrindən saz ifa etməyə həvəsi olanlar var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.