Cəmiyyət

Azərbaycan dilinə yeni sözlər daxil edilir

16 Sentyabr 2014 17:52
2 Şərh     Baxış: 7 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son dövrlərdə Azərbaycan dilinə daxil olmuş yeni sözlər müəyyənləşdirilib

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib ki, hazırda həmin sözlərlə bağlı komissiyanın müvafiq bölməsində müzakirələr aparılır. Bu müzakirələr başa çatdıqdan sonra dilimizə daxil olmuş 250-yə qədər yeni söz və söz birləşməsinin siyahısı komissiyanın dekabrda işıq üzü görəcək xüsusi bülletenində nəşr ediləcək. Yeni sözlər daha çox texniki və ictimai-siyasi həyatla bağlıdır. Həmin sözlər "planşet", "onlayn", "plazma televizor", "sosial şəbəkə", "selfi" (özünü çəkmə), "sensor" və s.-dir.

Son sövrlərdə dilimizə əksər sözlərin ingilis dilindən keçdiyini deyən S.Sadıqova bildirib ki, onların əksəriyyətinin azərbaycanca qarşılığı yaranıb. Yeni sözlər texniki sahədə, KİV-də hazırda geniş şəkildə işlənsə və mütəxəssislər tərəfindən qəbul olunsa da, onlar Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində, eləcə də digər izahlı lüğətlərdə verilməyib.

Komissiya rəsmisi əlavə edib ki, həmin sözlər gələcəkdə orfoqrafiya lüğətində, eyni zamanda, izahlı lüğətlərdə öz əksini tapacaq.

Dilin daim inkişafda olduğunu deyən S.Sadıqova qeyd edib ki, 2004-cü ildə çap edilmiş orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz var: "Dilimizə də yeni daxil olmuş sözlər gələcəkdə orfoqrafiya lüğətinə daxil ediləcək. Nəzərə alınmalıdır ki, dilə yeni sözlər daxil olmasa, o, məhvə doğru gedir. Buna görə də dildə inkişaf nəzərə alınmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.