Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib ki, hazırda həmin sözlərlə bağlı komissiyanın müvafiq bölməsində müzakirələr aparılır. Bu müzakirələr başa çatdıqdan sonra dilimizə daxil olmuş 250-yə qədər yeni söz və söz birləşməsinin siyahısı komissiyanın dekabrda işıq üzü görəcək xüsusi bülletenində nəşr ediləcək. Yeni sözlər daha çox texniki və ictimai-siyasi həyatla bağlıdır. Həmin sözlər "planşet", "onlayn", "plazma televizor", "sosial şəbəkə", "selfi" (özünü çəkmə), "sensor" və s.-dir.Son dövrlərdə Azərbaycan dilinə daxil olmuş yeni sözlər müəyyənləşdirilib