Azərbaycanda qadın sürücülərlə kişilərin fərqi nələrdir?
Modernləşən və qloballaşan dünyada yaşayırıq. Hər gün bir yenilik barədə eşidirik. Uğurlar və yenilik edənlər arasında zərif cinsin nümayəndələri də az deyil. Amma hələ də içimizdə qadının bəzi işlərdə əks-cinsdən geri qaldığını düşünənlər var. Bir az fərqli peşə seçən qadınları təəccüblə qarşılayanlar heç də az deyil.
Qadınların sürücülük etməsinə təəccüblə yanaşan, küçədə, bayırda sükan arxasında qadın görəndə gözlərini geniş-geniş açıb baxanlar, arxasınca söz atıb, min cür söhbət qoşanlar da var. Qadının avtomobil idarə etməsinin doğru olmadığını və qəzaların səbəbkarkarının məhz qadınlar olduğunu düşünənlər də kifayət qədər çoxdur. Daha çox əks cinsin nümayəndələrinin qarşı çıxdıqları bu məsələ zamanımızda aktual mövzulardandır.
Qadın kombaynçı ola bilər, "Hammer" sürə bilməz?
Hələ Sovet quruluşunun ilk vaxtlarından qadınlar mexanizator, sürücü, kombaynçı, traktorçu kimi peşələrə cəlb olunurdular. Pis də sürmürdülər...
II Dünya Savaşı illərində isə ölkədə demək olar ki, əksər kişilərin cəbhədə olduğu bir zamanda bütün ağır işlərdə olduğu kimi, sürücülük işlərində də onları qadınlar əvəz edirdi.
Azərbaycanın paytaxtında və digər şəhərlərində qadın sürücülərə rast gəlmək təəccüblü deyildi. Lakin son illərdə bu tendensiya daha da güclənib. İndi küçələrdən keçən avtomobillərin arasında qadınların idarə etdiyi maşınlara tez-tez rast gəlinir. Lakin stereotiplərimiz hələ də bizi tərk etmir və xanım sürücülərə yanaşma normal deyil.
Avtomobil, kombayn bir yana qalsın, qadınların təyyarə idarə etməsinin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Onların arasında azərbacanlı təyyarəçilər də var. Bu mövzuya keçsək, gərək onda astronavt qadınlar haqda geniş danışasan, amma mövzumuzdan uzaqlaşmamaq üçün bunlara toxunmuruq. Beləliklə, keçək əsas mətləbə - qadınların sürücülük tarixi hardan başlayıb hara gəlib?
İlk qadın sürücü kimdir?
Avtomobili öz bacarığı ilə idarə edən ilk xanım Levassodur. Parisin qabaqcıl avtomobil şirkətlərindən biri olan "Panhard et Levassor" şirkətinin ortaqlarından biri olan Emili Levassorun həyat yoldaşı olan xanım Levassor öz dövrünün ən cazibədar qadınlarından biri hesab edilirdi.
Üstün zəkası və bacarığı ilə ad qazanmış bu xanım həyat yoldaşından ailənin adına avtomobil istehsal etməyi xahiş edir. Avtomobilin istehsalı dövründə isə özü sürücülüyü öyrənir. Avtomobil istehsal olunandan sonra isə xanım Levasson onun ilk sürücüsü olur. Amma 1891-ci ildə xanım Levassonu "ilk qadın sürücü" kimi tarixə yazan bu faktı başqa bir fakt sıxışdırır.
Belə ki, motosikleti sürmək sürücülük sayılırsa, onda Levassonu qabaqlayan başqa bir xanım da var. İngiltərənin Erit şəhərindən olan xanım Edvarn Budlar 1889-cu ildə həyat yoldaşına məxsus motosikleti sürməklə öz adını "ilk" etmişdi.
Qadın sürücülər yarışlarda da iştirak ediblər. İlk sürücülük yarışında iştirak edən xanım isə fransız Labroussedir. O, 1-2 iyul 1899-cu ildə təşkil olunmuş "Paris-Spa" adlı yarışda beşinci oldu. Bununla da qadınların ən çətin və təhlükəli işlərin öhdəsindən gələ bildiyini göstərdi.
Qadın və kişi sürücülərin əsas "fərqləri"
Qadın sürücülər kiminə görə yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardırlar. Mütəxəssislər deyir ki, qadın sürücülər əks-cinslə müqayisədə daha diqqətlidirlər.
Təcrübə, müşahidə və statistika göstərir ki;
1. Qadınlar daha az qayda pozuntusu edirlər, kişi sürücülər isə nisbətən çox.
2. Qadınlar adətən sürət həddini keçmirlər, kişi sürücülərdə isə bu hal tez-tez olur.
3. Qadın sürücülərin törətdiyi qəzaların 82 %-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda "sıxışdırmaları"dır. Kişi sürücülərin qəza törətməsinə səbəb isə bir çox hallarda içkili olmaları və yüksək sürətlə idarəetmədir.
4. Qadın sürücülər kişilərə nisbətən çox siqnal basır, bu, çox vaxt gərəksiz yerlərdə olur. Kişi sürücülər isə siqnaldan daha az istifadə edir.
5. Qadınlar arasında daha çox 45-dan yuxarı olan xanımlar qəza törədir, kişi sürücülər arasında isə ən çox qəza törədənlər gənc nəslin nümayəndələridir.
6. Qadın sürücülər qəza törədəndə qaçmırlar, zərər verdiklərinə kömək edirlər. Kişilər isə belə durumda daha çox qaçmağa üstünlük verirlər.
7. Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər, bəzən bu, həm yola, həm sürücülərə, həm də xanımın özünə zərər verir. Kişi sürücülər isə daha çox qayda pozurlar.
8. Qadın sürücüllər kişilərə nisbətən daha az nəzakətlidirlər. Belə ki, kişi sürücülər yolda digərlərinə daha çox yol verir. Qadınlar isə əsasən, özlərinə yol verilməsini istəyirlər.
8. Qadın qayda pozanda, qəza törədəndə "təcrübəsiz" adlandırılır, kişi sürücülər isə "axmaq", "harınlamış" və s.
9. Təhlükəsizlik kəmərindən daha çox qadın sürücülər istifadə edir, avtomobil idarə edən kişi sürücülərin əksəriyyəti bunu etmir. Qəza zamanı həyatını itirən sürücülərin böyük əksəriyyəti də kəmərdən istifadə etməyənlərdir.
Qadınların maşın sürməyinə niyə ağız büzürlər?
Qadınların avtomobil idarə etməsi məsələsi bizdən fərqli olaraq, qonşuluqdakı ölkələrdə normal qarşılanır. Çoxlarımızın ağız büzərək baxdığımız qonşu İranda belə, bizdəkindən daha normal qarşılanır bu məsələ. Bizim cəmiyyətin isə bu məsələdə fikirləri daha ilgincdir.
Jurnalist Elgün Vidadioğlu deyir ki, bizim cəmiyyətdə kişilər daim hegemonluq etmək istəyirlər: "Bir çox həmcinsim bunu az qala namus məsələsinə çevirir. Fikrimcə, bizim cəmiyyət hələ yetəri qədər inkişaf etməyib. İşıqforda avtomobilini saxlayan qız yana baxmağa cəsarət eləmir, ətrafdan neçə cüt göz ona zillənir".
Tələbə Zaur Əsədova görə isə, bizdə xanımların avtomobil idarə etməsi bir növ yarış halını alıb: "Bizdə sanki "qonşudan qalma geri" prinsipi ilə yaşayırlar. Bir şey də mənə maraqlıdır ki, niyə orta aylıq əmək haqqı 300 manat olan bir ölkədə daha çox xanımlar lüks avtomobillər sürür?"
Əslən Azərbaycan türkü olan, amma hazırda Rusiya vətəndaşı olan Şahnaz Kamalova deyir: "Canımıza-qanımıza hopmuş mentalitet adlı məfhum yaşadığımız məkandan asılı olmayaraq bizi daim izləyir. Qadınların avtomobil sürməyinə bizim özümüzə məxsus baxışımız var. Mənim yaşadığım şəhərdə - Sankt-Peterburqda sürücü qadınların sayı az qala kişilərin sayı qədərdi. Cəmiyyətdə fəal mövqe tutan qadınlar da, evdar qadınlar da öz şəxsi maşını olmasına üstünlük verirlər və bunu zərurət hesab edirlər. Burada yaşayan azərbaycanlı xanımların isə cəmi 1-2 faizinin şəxsi maşını var. Çünki bizdə hələ də dünyagörüş o həddə çatmayıb ki, qadının avtomobil idarə etməsinə adi bir hal, zərurət kimi baxaq".
Şahnaz xanım deyir ki, ailə və uşaqla bağlı olan qayğıların əksəriyyətinin qadınlar tərəfindən həllini tapdığını nəzərə alsaq, avtomobilin qadın üçün ən yaxın köməkçi olduğu şəksiz görünür.
Jurnalist Yafəz Həsənovun fikrincə, qadınlar avtomobili daha yaxşı idarə edir: "Qonşu Türkiyə və İrana baxaq. Hər ikisi müsəlman ölkəsidir. Onlara olar, bizim qadınlara yox? İdarəetməyə gələndə, məncə peşəkarlıqda qadınlar kişilərdən heç də geri qalmırlar".
"Mən maşın sürürəm, buynuz çıxarmıram!"
4 ildir avtomobil sürən bir xanımla söhbətləşdik. Könül deyir ki, ilk avtomobili atası ilə şərikli olub: "Maşın sürməyi atamdan öyrənmişəm. Daha sonra sürücülük məktəbini bitirdim. Kənardakıları başa düşürəm, ölkəmizdə qadın sürücü azdır, çoxuna maraqlı gəlir. Amma maşın idarə edəndə, işıqforda gözləyəndə ətrafdan bütün diqqətin üzərimdə olduğunu hiss edirəm. Bir çoxu təəccüblə, əksəriyyət isə kinayə ilə baxır. Ən çox kinayəli baxışlara əks-cinsin nümayəndələrində rast gəlirəm. Yolda da rahatlıq vermirlər insana. Gözdən-nəzərdən uzaq olan bir yol olan kimi durmadan siqnal verirlər, yolun kənarına sıxışdırırlar".
Könülün dediyinə görə 4 ildə bir dəfə də olsun qəza törətməyib: "Tək bir dəfə qəzaya düşdüm. İşıqforda gözləyəndə içərisi cavan oğlanlarla dolu bir avtomobil mənim avtomobilimi arxadan yüngülçə silkələdi. Oğlanlar da mənə elə baxırdılar ki, elə bil buynuz çıxarmışam".
Görməyənlərin görməmişliyi, yoxsa tərbiyəsizliyin təhlükəsi?
Yeri gəlmişkən, Azərbaycanda elə bir qadın sürücü tapa bilməzsiniz ki, avtomobil idarə edərkən, ona yol boyu sataşan kişi, oğlan sürücülər (hətta piyadalar) olmasın. Söz atmaqla, siqnal verməklə kifayətlənmir, yuxarıda xanımın da dediyi kimi, hətta, sataşmaq məqsədilə yolda onların maşınlarını sıxışdırıb qəzaya belə təhrik edirlər. Görünür, bu da bizim kişi cinsin nümayəndələrinin "yüksək mədəniyyətindən" və "geniş dünya görüşündən" xəbər verir. Cənablar, qadının da maşın sürə bildiyini heç vaxt eşitməyə, görməyə bilərsiniz, amma bu görməmişliyin tərbiyəsizliyə çevrilməsi, bu bir yana qalsın, bəzən insan həyatını təhlükəyə atmaqla nəticələnməsi, hansı görməməzliyə bəraət qazandıra bilər?!
Üstəlik, bunun başqa bir utandırıcı tərəfi də var. Təsəvvür edin, şəhərimizdə olan əcnəbilər - sözsüz ki, hər birinin arvadı avtomobil sahibidir - bizim küçələrimizdə qadın sürücülərin kişilər tərəfindən fitə basılmağının şahidi olur... Bu halda xaricilərin bizim haqqımızda nə fikirdə olduğunu, hansı təsəvvürlərə yiyələndini təxmin etmək çətin deyil. Yaxşı ki, onlar bizim kişilərin qadın sürücülərin ünvanına qışqırdığı "arvadsan, otur evdə xörəyini bişir, qab-qacağını yu!" kimi primitiv düşüncəsinin bəhrəsi olan "fundamental" arqumentlərini eşidib başa düşmürlər...
Sürücü qadınlar yoldan çox, güzgüyə baxırlar?
Bir məqama da toxunaq, təbii ki, qadın sürücülərin də yol macəraları az deyil, yəqin ki, qəza törədən, yaxud qəzaya səbəb olanları da var. Yol polisinə "bu nə çuşka geyimdir?!" deyəni də olub, sükan əlində makiyajını təzələyən zaman qarşıdakı avtomobilin baqajına girəni də... Gücü çatmadığından, sükanı buraxıb "skorost"dan ikiəlli yapışan xanım sürücü də görmüşəm, maşınının mühərriki arxada olan xanımın avtomobil şirkətinə zəng vurub "Mənim "Porshe"min niyə motoru yoxdur?!" deyə davalayan xanımın qabaq hissədə mühərrik axtarması da ilk baxışdan gülməlidir...
Amma hər nə qədər tragi-komik macəraları olsa da, zəriflər, əks cinsin "avtoş"larından fərqli olaraq, ən azından bilərəkdən qəzaya səbəb olacaq hər hansı addımlar atmır, xuliqanlıq etmirlər...
Hər bir halda... son vaxtlar Azərbaycanda avtomobil idarə edən qadınların sayı artır. Bunun yaxşı hal olduğunu düşünənlər çoxdur. Çünki əksər hallarda bazar-dükana, uşaqları baxçadan və ya məktəbdən gətirməyə qadınlar gedir. Şəhər nəqliyyatındakı durumu da nəzərə alsaq, o zaman avtomobil bir kişi üçün nə qədər vacibdirsə, bir qadın üçün də o qədər vacib görünür. Üstəlik, bu hal qadınların cəmiyyətdə daha fəal rol oynamasında, onların işgüzar həyatda daha peşəkar hərəkət etmələrinə yardımçı olur.
Bütün dünyada normal sayılan qadınların avtomobil sahibi olmasına bizdə təəccüblə və ya qısqanclıqla yanaşmaq doğru qəbul edilə bilməz. Azərbaycan qadınları ta qədimlərdən at üstündə böyüyüblər, lazım gələndə silahlanıb düşmənə dərs veriblər, tank, təyyarə belə sürüblər. İndi qadınların bir avtomobili idarə etməsi nədən təəccüblü gəlsin ki?!...
Lalə Mehralı
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mersedesi qırmızı, içində day-day qızı!
17 Dekabr 2010 10:26
Baxış: 507

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
Astarada azyaşlı su hovuzuna düşdü
-
"Atam anamı şampan butulkası ilə döyürdü" - VİDEO
-
Azərbaycana 8 milyon həşərat gətirildi! - Yemək menyusuna daxil olacaqlar?
-
Dondurma sevənlərə XƏBƏRDARLIQ - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
-
“Türk” etnonimi və törələri- YUNUS OĞUZ yazır
XƏBƏR LENTİ
-
"İstəmirəm adım başqa kişi ilə hallansın"
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Daha bir məşhur cütlük ayrıldı
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Zümrüd efirdə ağladı: “Qızım 10 ildir ki, atası ilə görüşmür” - VİDEO
-
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
-
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
-
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirildi - FOTO
-
"Fənərbağça" 2 məşhur futbolçu üçün hərəkətə keçdi
-
Tolik həbs olunacaq?
-
Benziadan “Qarabağ”a vida mesajı
-
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
-
“52 yaşlı xanımla görüşdüm” - VİDEO
-
Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar
-
"Qalatasaray" dünya ulduzunu transfer etdi
-
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb - FOTO
-
“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO
-
Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - yenilənib - VİDEO
-
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB