Cəmiyyət

Gəncədə Filarmoniya binası tikilir - VİDEO

10 İyul 2014 16:27
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tikinti işlərinin yekunlaşması 2015-ci ilə nəzərdə tutulub

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Gəncə şəhərində 2 hektar sahədə analoqu olmayan möhtəşəm 14 blokdan və 6 mərtəbədən ibarət Dövlət Filarmoniya binası inşa edilir. Hazırda binanın 6 blokunda son tamamlanma işləri gedir. Binanın daxilində suvaq və arakəsmə hörgü işləri görülür. 1200 tamaşaçı tutumu olan filarmoniyada konsert zalı, açıq yay kinoteatrı, rəsm qalareyası, urban mərkəzi, baxış qülləsi olacaq. Binada iaşə xidməti obyektləri, yardımçı otaqlar və yeraltı qaraj da fəaliyyət göstərəcək.


Filarmoniyanın tikintisi zamanı burada 250 ədəd avtomobilin dayanması üçün yeraltı qarajda inşa edilib. Bu da şəhərdə tıxacların qarşısını almağa imkan verəcək.

Gəncə Dövlət Filarmoniyasının yeni binasının hündürlüyü baxış qülləsi ilə birlikdə 25.6 metr olacaq. Filarmoniyada, həmçinin xalq çalğı alətləri ansamblı, rəqs qrupları və digər musiqi növlərinin fəaliyyəti üçün də yerlər də təşkil ediləcək. Bundan əlavə filarmoniya müasir istilik, havalandırma və işıq sistemi ilə də təchiz olunacaq.
 

Əli Rüstəmli, Gəncə şəhərinin baş memarı: "6 korpusun tutduğu ərazi 5 min 780 kv metrdir. Bu 6 korpus bu kvadrat mert ərazidə tikilir. 8 korpus da tikiləcək. 4 min 700 kv metrdə tikiləcək korpus da olacaq. Filarmoniyanın içərisində böyük 1200 yerlik zal olacaq. Əlavə isə 480 yerlik zal da tikiləcək. Filarmoniyanın içərisində əhalinin xidməti üçün lift də var. Üst mərtəbəsi açıq şəkildə olacaq ki, bura gələn tamaşaçılar şəhəri tamaşa edə bilcəklər".

Bakı kinoteatırının yerində inşa edilən filarmoniya binasının fasad hissəsində Azərbaycanın görkəmli musiqi xadimlərinin heykəlləri yerləşdiriləcək. Binada işlər yekunlaşdıqdan sonra həyətdə yaşıllaşdırma və işıqlandırma işləri görüləcək.
 

Əli Rüstəmli:"Filarmoniyada betonlanma işləri gedir, fasad hissədə daş hörgüsü tamamilə qurtarmışdır. İçəridə isə daxili işlər gedir. Havalanma sistemi, işiq sistemi, kommunikasiya siteminin quraşdırılması işləri gedir. Çöl hissəsi isə aqlay daşla aqlaylanır".
 

Filarmoniyanın təməli 2012-ci ilin yanvar ayının 21-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə qoyulub. Burada tikinti işlərinin yekunlaşması 2015-ci ildə nəzərdə tutulub.


Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.