"Ətrafımdakı insanlardan biri gülərsə, elə bilirəm mənə gülürlər. O an mən dalaşmağa hazırlaşıram. Başqalarının əyləndiyini görəndə, hərdən onlara qoşulmaq istəyirəm, ancaq fərqli olduğuma görə gülüş mənbəyinə çevrilməkdən qorxuram".Gülüşdən qorxmaqla keçən ömür
Milli.Az anspress-ə istinadən xəbər verir ki, 18 yaşlı amerikalı Drummondun bu durumu Zurich Universitetinin doktoru Tracey Platt tərəfindən qeydə alınıb.
Doktor Platt dünyanın bir sıra bölgələrindən olan alimlərlə birgə gelotofobia adlanan bu xəstəliyin səbəblərini araşdırırlar. Gelotofoblar ya gülüşü qavramır, ya da gülüşün neqativ mənada onlara yönəldiyini düşünürlər və ondan qorxurlar. Bu cür insanlar adətən başqalarının əhatəsində olmağa çətinlik çəkir və stress, başağrısı və gicəllənmədən əziyyət çəkirlər.
İsraildən olan 37 yaşlı Çukar deyir ki, o, başqalarının gülüşünü eşidəndə "utanır". O, daha çox oxuyaraq və təkbaşına idmanla məşğul olaraq vaxt keçirir. "Başqaları dostlarını əyləndirmək üçün məni zarafat mənbəyinə çevirərsə mən onunla dalaşaram."
Uzun müddətdə bu qorxu təşvişə və özünəinamsızlığa gətirib çıxarır.Gelotofoblar dost tapmaq və uzunmüddətli münasibətlər qurmaqda əziyyət çəkə bilirlər.
Doktor Plattın fikrincə, sindroma səbəblər arasında uşağın yaşadığı mühit, şəxsi inkişafı, məktəb illəri və s. ola bilər. Onun sözlərinə görə, bir çox gelotofobların məktəb vaxtı qorxudulduğu bildirilir. "Sual doğuran isə odur ki, birinci hansı gəlir? Bəzi insanlar qorxudulduqlarını və təhqir olunduqlarını hiss edəcək qədər həssasdırlarmı?"
Doktor Platt inanır ki, bu qorxu qəfildən 30 yaşında insanda yarana bilməz və onun Asperqer sindromuna bağlılığı var.
Britaniyada belə qorxu ilə yaşayan insanların sayının daha çox olduğunu qeyd edən Dr Platt, bəzi Asiya mədəniyyətlərində də bunun geniş yayıldığını və utancın nəzarət vasitəsi kimi istifadə edildiyini bildirir.
"Lakin Danimarka müqayisədə gelotofobların sayının daha az olduğu ölkədir və burada başqalarına gülmək ayıb hesab olunur, heç kim bunu etmir", o əlavə edir.
Milli.Az