Bu gün polis tərəfindən saxlanılan tanınmış teleaparıcı İlham Mirzəyev haqqında nə bilirik? Milli.Az Vikipediaya istinadən İlham Mİrzəyev haqqında məlumatı təqdim edir.
İlham Əlikram oğlu Mirzəyev 18 iyun 1966-cı ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb.
2000-ci ildən "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərib. Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, psixologiya üzrə fəlsəfə doktorudur, beş kitab müəllifidir və 50-dək elmi məqalənin müəllifidir.
Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb.
İlham Mirzəyevin şeirlərinə bəstələnən mahnılardan ibarət "Mən Tanrıma üz tuturam" adlı audio diski musiqisevərlərə təqdim edilmişdir. Bəstəkarlar Nadir Əzimovla Nailə Mirməmmədlinin bəstələdiyi bu mahnılar Azərbaycanın ən çox tanınan və sevilən görkəmli sənətkarları tərəfindən ifa olunub. İlham Mirzəyevin şeirlərinə yazılan mahnılardan ibarət diskdə Azərbaycan Respublikasının xalq artistləri Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Nisə Qasımova, Bilal Əliyev, Brilliant Dadaşova və digər məşhur sənət adamlarının ifası yer alıb. Audodiskdə toplanan mahnılar Azərbaycanın tərənnümünə həsr olunub.
Milli.Az
Uyğun link: Dələduzluqda ittiham edilən İlham Mirzəyev indi polisə etiraf edir
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İlham Mirzəyev kimdir?
11 Aprel 2014 17:23
1 Şərh
Baxış: 8 598

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi