Cəmiyyət

Bakıda Britaniyanın yeni Viza Müraciət Mərkəzi açılıb

27 Mart 2014 11:58
0 Şərh     Baxış: 1 148
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyanın Bakıdakı səfirliyi yeni Viza Müraciət Mərkəzinin ünvanını açıqlayıb

APA-nın səfirliyin rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Viza Müraciət Mərkəzi aşağıdakı ünvanda yerləşəcək: Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 37, Dəmirçi Biznes Mərkəzi, 3-cü mərtəbə. Mərkəz martın 28-dən fəaliyyətə başlayır. Mərkəz həftənin bazar ertəsindən cümə gününədək çalışacaq.

Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizalar və İmmiqrasiya Agentliyinin İstanbuldakı mərkəzi tərəfindən veriləcək. Müraciətlərə baxılma müddətinə heç bir dəyişiklik edilməyəcək. (90% qeyri-məskunlaşma viza müraciətlərinə 15 iş günü və 95% məskunlaşma müraciətlərinə isə 12 həftə ərzində baxılacaq).

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.