Cəmiyyət

Bakının yollarında son vəziyyət necədir?

31 Yanvar 2014 19:27
0 Şərh     Baxış: 1 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında son vəziyyətlə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, İdarədən APA-ya verilən məlumata görə, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb.

Hazırda Bakı-Şamaxı, Bakı-Ağsu-İsmayıllı, Bakı-Qazax, Bakı-Astara yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.