Fakt rayonunun Xudatkənd kəndində qeydə alınıb.Xaçmazda qaz xəttinə qanunsuz müdaxilə faktı qeydə alınıb
Xaçmaz Qaz İstismar Sahəsinin əməkdaşları növbəti qaz xəttinə qanunsuz müdaxilə faktını aşkarlayıb.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, kənd sakini Nizam Babayev qanunsuz olaraq Ləcət qazpaylayıcı məntəqəsindən Yeni Həyat kəndi istiqamətinə gedən orta təzyiqli daşıyıcı qaz xəttinə qoşulub. Adıçəkilən şəxs bu hərəkəti ilə bütün təhlükəsizlik qaydalarını ciddi şəkildə pozub.
Qaz İstismarı Sahəsinin əməkdaşlarının verdiyi məlumata görə, abonentin bundan əvvəl işlətdiyi qaza görə də külli miqdarda borcu olub. Bu səbəbdən abonentin qazı kəsilib. Buna baxmayaraq Nizam Babayev qanunsuz olaraq yenidən qaz xəttinə qoşulmağa cəhd göstərib.
Fakt araşdırıldıqdan sonra abonentin, ona kəsilən cərimə ilə birlikdə 27 min manat borcu olduğu müəyyənləşib.
Qanunsuz müdaxilənin qarşısının alınması prsosesi zamanı qazpaylacı xəttdən yararlanan 2000-dən artıq abonent də bir neçə saatlıq qazsız qalıb.
Milli.Az





