Cəmiyyət

Quba-İspik-Xınalıq yolunda profilaktik işlər sürətləndirildi - VİDEO

31 Yanvar 2014 17:32
0 Şərh     Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Quba-İspik-Xınalıq yolunda profilaktik işlər sürətləndirilib

Qubanın bir çox kəndlərinə gedən yola qum-duz qarışığı səpilir.

Şimal regionunda yanvarın 28-dən başlayan qeyri-sabit hava şəraiti bu gündən daha da kəskinləşib və qarın yağması intensivləşib. Temperatur göstəricələri də aşağı düşüb.

Quba Regional Hidrometeorologiya müəssəsindən Regional TV-yə bildirilib ki, dağlarda tempertur göstəricisi -20-25 dərəcəyə qədər aşağı düşəcək.

Bəzi rayonlarda çovğun olacaq. Yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraitinə görə, Quba- İspik- Xınalıq yolunda profilaktik işlər sürətləndirilib. Qubanın bir çox kəndlərinə gedən yola qum-duz qarışığı səpilir. Ümumi uzunluğu 57 km olan yol relyef baxımından əlverişsizdir və dağlıq ərazidə yerləşir. Bunun üçün yolda növbətçi briqadalar yaradılıb. Sinoptiklər qarlı hava şəraitinin küləklə müşayiət olunacağını bildirir. Küləyin gücü bəzi rayonlarda saniyədə 28-ə çatacaq. Qeyri-sabit hava şəraiti fevralın 2-dək davam edəcək.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.