Cəmiyyət

Bakıda qartopu şillə-təpiyə keçdi: tutulanlar var - FOTO

31 Yanvar 2014 16:35
58 Şərh     Baxış: 8 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir qrup gəncin qartopu oynamaq sevdası onlara baha başa gəlib

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "28 May" metro stansiyasının qarşısında bir qrup gənc oğlan ilə üç qız arasında qar topu oynamaq üstündə insident baş verib.

Qarşıdurmaya səbəb gənclərin yol ilə gedən qızlarla qartopu oynamaq istəyi olub. Gənclərin bu istəyi isə qızların narazılığıyla qarşılanıb. Nəticədə gənclər xanımların ünvanına nalayiq ifadələr işlədiblər. Tərəflər arasında yaranan gərginlik yaxınlıqda olan Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. PPX əmkdaşları xanımların şikayəti əsasında hadisəyə müdaxilə edərək gənc oğlanları xidməti maşınlarla Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar.

Hadisə ilə bağlı Ləman adlı zərərçəkmiş xanımlardan biri "Axar.az"a açıqlamasında bunları dedi:

"Qəflətən üstümüzə hücum edərək bizi qartopuyla vurdular. Bundan sonra biz də onlara etirazımızı bildirdik, amma onlar bizə söyüş söyərək bu havada evimizdə oturmalı olduğumuzu dedilər".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.