Cəmiyyət

Buna da söz qandırmaq olmur

31 Yanvar 2014 23:21
3 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölüdən çıxan pul nədən çıxır? Özü də indi yasdarı toy kimi eliyirlər dana. Ayə, torta qədər qoyullar ortuya ki, ay ölü bax, sən öldün, sənin ölməyinin şərəfinə tort da kəsirik.

- Ürfan, ay oğul, ordasanmı?

- Həə burdayam, amma çıxırdım, nə var yenə, ay Məsmə nənə?

- Çıxma qadan alım, mana bir məslahat...

- Yenə məsləhət? Sən məsləhətə qulaq asansan? Həmişə öz bildiyini edirsən. De görüm nə kəşf etmisən yenə?

- İntihar!

- Nəəə?! İntihar etmək istəyirsən? Bu, günahdır, ağbirçək nənəsən, özün bilmirsən ki?

- Ayə, bilerəm ey, bir majal ver dana. Guya intihar eliyəjəm, həqqətən yox. Sən maşınınnan 1 stakan benzin verərsən mana, qalanına su qatıf yekə bir qənistr götürəjəm. Gedif Milli Məjlisin qavağında gizzənəjəm. Deputatdar işə gələn vaxt ortalığa çıxıf "özümü yandırıram, pensiyamı artırın", deyəjəm. Sənin curnalist dost-tanışın çoxdu dana, hamısını göndərərsən, reklam da olum dana, millət məni tanısın.

- Guya ki, sən belə etməknən pensiyan artacaq?

- Yoxluyajam dana, bir də gördün, "Məsmə nənənin intiharı" xəvərlərinnən məşhurlaşdım, pensiyamın artmağı bir yana, hələ gətirif pul yardımı edənnər də oldu. Di paxıllanma, sana da verərəm bir az, kömək elə maa. Bu dəyqə hamı bu yola əl atır ey.

- Ay Məsmə nənə, deyəcəm yenə xətrinə dəyəcək, bu intihar oyununun sənə heç bir faydası olmayacaq.

- Aha, yenə nəs gətirdin üstümə? Niyə, a bala?

- Ona görə ki, intihar kəlməsi sürətlə adiləşdi. Son aylar intihara cəhd edənlər və intiharla ölənlər o qədər artdı ki, indi belə şeyə reaksiya verən yoxdu. Üstəlik də üzün o yanadı. Fikirləşəcəklər ki, onsuz da bu qoca arvad gethagetdədir, yəqin yaşamaqdan bezib, gözləməyə səbri çatmır, özü getmək istəyir, mane olmayaq, qoy intiharını eləsin, yazıqdır, arzusuna çatsın.

- Buuy, ay Ürfan, hərdən çox ağıllı danışırsan, vallah. Deyirəm onda ən yaxşısı budu əl atım ikinci varianta.

- İkinci variant nədir?

- Mollalıq, keçəjəm mollalığa.

- Mollalığa?

- Hə dana, intiharlar günü-gündən artır, bir azdan ya molla çatmıyajax, ya da hamı ayılıf mollalığa başdıyajax, hazır qoy mən qabağa düşüm dana. Pis ha qazanmırlar, biri intihar elədi, bunun basdırılan günü var, üçü, yeddisi var, cümə axşamıları, qırxı var. Hamısı puldu dana. Bir ölünün bütün məjlisdərini yola verib qurtarana kimi ikinci ölünü tutaram. Yavaş-yavaş "klient" yığajam dana. Ölüdən çıxan pul nədən çıxır? Hələ mən mollaların hər məjlisdən öylərinə ehsan daşımağını demirəm. Özü də indi yasdarı toy kimi eliyirlər dana. Ayə, torta qədər qoyullar ortuya ki, ay ölü bax, sən öldün, sənin ölməyinin şərəfinə tort da kəsirik. Qorxuram, büyün savax ortuya arax qoyuf urusdar kimi ölüyə "salıx" deyənnər də ola. Vallah, nə desən çıxır dana. Ürfan, səsin çıxmır, hara etdin yenə?

- Burdayam, ay Məsmə nənə, sən bu haram düşüncələrdən, xəyallardan, arzulardan nə vaxt əl çəkəcəksən? Deyəsən, cəhənnəmdə özünə yer bronlamaq istəyirsən...

- Di yaxşı, qandım, bildim bu variantdar sənin xoşuna gəlmədi. Di onda heç olmasa, mana bir avtomat tap, şikil çəkdirim qoyum feysbuka dana.

- Avtomatı neynirsən ki?

- Ayə, xavarın yoxmu? Cəbhədə qızışma başdıyannan feysbukda da qızışıflar dana. Kavafdan qurtarıf indi avtomatnan şikil çəkdirmək mod düşüf. Görmürsənmi, bir həftədi arvaddar səy-səy pozalar verif, əllərinə avtomat alıf, şikil çəkdirif, feysbuka qoyullar. Mən də qoyuf altınnan yazajam ki, ay arvaddar, avtomat poza-moza verif, öz reklam-meklam şiklini çəkdirməkçün döyül, avtomat yaraşıx üçün sumka-zad döyül ey, avtomat kişilər üçündü, vuruşmax üçündü, adam vurmax üçündü, sən guya vuruşmaxmı qanırsan, güllə atmaxmı qanırsan? Bax, bax, budeyna, biri yenə avtomat əlində girdi gözümə, əə, di sən də birini tap dana mana, noolasıdı ki? Ay Ürfan, yenə hay verməmiş getdin? Buna da söz qandırmaq olmur ki...

- ... Əmbə avtomat mana ağır olar ey, sümüylərim çox kövrəlib qojalıxdan, görən heç olmasa, mənnən yüngüldümü, ağız? Ən yaxşısı qoy Ürfana yazım ki, mana tapança tapsın, çəkimə uyğun olsun dana...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.