Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü il yanvarın 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb
İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 373 namizəddən 13 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 360 namizəddən 105 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 89 bal olub.
İmtahanın nəticələri elə həmin gün - yanvarın 31-i saat 15:20-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında (http://tqdk.gov.az/PROK1401.htm) yerləşdirilib.
Milli.Az





