Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu həftənin əvvəlində verdiyi fətvada vurğulanıb ki, son dövrlərdə islamın cihad və şəhadət kimi müqəddəs anlayışlarını cəmiyyətə təhrif olunmuş şəkildə çatdırmağa cəhdlər göstərilir. Qazılar Şurası qərara alıb ki, din xadimləri öz moizələrində, xütbələrində cihad və şəhadətin əsl mahiyyətini dindarlara, xüsusən gənc nəslə çatdırsınlar.
"Media forum" saytı bu fətvadan sonra axundların cümə xütbəsinə necə hazırlaşdığı ilə maraqlanıb.
Bakının İçərişəhər Cümə məscidinin axundu Surxay Məmmədli bildirib ki, istər bu həftə, istərsə də sonrakı cümə xütbələrində Qazılar Şurasının verdiyi fətva xüsusi nəzərə alınacaq: "Xütbələrdə ölkəmizdə radikal cərəyanların baş qaldırdığı xüsusi vurğulanacaq. Digər tərəfdən, vətənpərvərlik, vətən sevgisi, milli-mənəvi dəyərlər, şəhidlik fəlsəfəsinin mahiyyəti, şəhidliyin nə demək olduğu, kimləri şəhid hesab etməyin düzgün olduğu kimi məsələlərə xütbələrdə aydınlıq gətirəcəyik. Suriyaya döyüşlərə getmək bizə heç bir fayda verməz. Bu seçim Azərbaycan gəncliyini bədbəxtliyə aparır. Suriyanın daxilində gedən münaqişənin bizə aidiyyəti yoxdur. Bu, şəhidlik deyil. Bizim işğal altında qalan torpaqlarımız var, bunu unutmayaq, bu yolda mübariz olaq".
Axund Surxay Məmmədli qeyd edib ki, belə sapınma hallarında atılmalı olan ilk addım maarifləndirməni gücləndirməkdir: "Təbliğat aparılmalı, eyni zamanda inzibati tədbirlər də görülməlidir. İnsanların beynini pozub onları Suriyaya çəkirlər. Düzgün maarifləndirmə olsa, gənclik radikallığa meyllənməz, öz yaralı yerimiz - Qarabağ haqqında düşünər. İnsanlara dinin həqiqətlərini çatdırmaq gərəkdir. İslam humanist, mütərəqqi dindir, bu mənası ilə də başa düşülməlidir".
Gəncədəki Şah Abbas məscidinin axundu İsgəndər Məmmədov da "Media forum"a bildirib ki, bu həftədən xütbələrdə xüsusilə cihad, şəhadət və fəlakətdən danışılacaq, maarifləndirmə işi gücləndiriləcək: "Moizə zamanı şəhadətin formaları açıqlanacaq. Şəhid olmaq, şəhidlik məqamı və fəlakətə uğramaq nədir? Allah rizası ilə din, vətən, torpaq, haqq, namus uğrunda öldürülürsənsə, bu, dinimizdə şəhadət sayılır. İki dəstənin nə üçün müharibə etdiyi, dost və düşmən tərəfin bilinmədiyi halda onlara qoşulmaq və ya muzdla döyüşmək fəlakətdir - dinimiz belə deyir. Bizim tövsiyə xarakterli təsirimiz yalnız onu qəbul edənlərdən ötrüdür. Biz təlimatlandırırıq, başa salırıq, izah edirik.
Gəncədə gənclər arasında belə neqativ meyllər hiss olunmur, çünki Gəncə qədim şəhərdir, özünə uyğun ənənəsi var. Yad təriqətin belə cəmiyyətdə fəaliyyəti sadəcə özünü tanıdana qədər davam edir. Biləndən sonra ki, bu ənənələr bizim yaşayış tərzimizə, sosial həyatımıza uyğun gəlmir, cəmiyyət özü belələrindən üz döndərir. Köklü ənənəsi olduğu üçün Gəncə şəhərində radikallıq artmır, arta da bilməz. Buna zəmin yoxdur".
Masallıdakı Cümə məscidinin axundu Malik Hüseynov deyib ki, rayonda yanlış dini təsəvvürlərə qarşı həmişə təbliğat aparıblar: "İslamda bu cür - Suriyada döyüşməyə gedənlərin düşündüyü formada cihadın olmadığını dəfələrlə bəyan etmişik. Xarici qüvvələrin Azərbaycanda dini təbliğat aparması yolverilməzdir. Belə kənar qüvvələrə meyllənmək, onlara dəstək vermək adətimizə, əqidəmizə, dövlətçiliyimizə ziddir.
Azərbaycanın cənub bölgəsində belə hallar azdır. Çünki nəsə hiss edəndə qarşısını almışıq, tədbir görmüşük. Kəndlərin birində xalqımıza, dinimizə yad cərəyanın yayılması xəbərini eşitdik, oraya yollandıq, ağsaqqallarla görüşdük, camaata həmin şəxslərin kim olduğunu, bu yolun nə ilə bitə biləcəyini izah elədik. Kənar yerdən təbliğat aparmaq məqsədilə gəlmiş iki nəfər də tutuldu. Belə məsələlərdə ayıq-sayığıq".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fətvadan sonra: axundlar nəyə hazırlaşırlar?
31 Yanvar 2014 20:15
0 Şərh
Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? - AÇIQLAMA
-
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı
XƏBƏR LENTİ
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" - Peskov





