Cəmiyyət

Aran bölgəsi qara təslim oldu - FOTO - VİDEO

31 Yanvar 2014 16:00
0 Şərh     Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yollar buz bağladı, iri gövdəli ağaclar aşdı

Ötən gün axşam saatlarından başlayaraq Aran bölgəsinə, çovğunla müşahidə olunan qar yağıb. Soyuq və şaxtalı hava özü ilə bir sıra problemlər də gətirib.
 

Milli.Az CTV-yə istinadən xəbər  verir ki, gecə saatlarından başlayaraq Aran bölgəsinə yağan qar yolların buz bağlamasına səbəb olub. Rayon ərazisində iri gövdəli ağaclar kökündən çıxaraq yollara aşıb. Bu da, öz növbəsində, avtomobillərin hərəkət etməsinə mane olub. Şirvan, Sabirabad, Hacıqabul rayonlarının mərkəzində, eləcə də bir sıra kəndlərdə, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Axşamdan başlayaraq yağan güclü qar səbəbi ilə yolların buz bağlaması avtomobillərin hərəkət etməsinə də maneə törədib. Odur ki, işə gedən bəzi vətəndaşlar iş başına piyada getməli olublar. Aidiyyəti qurumlar yollarda təhlükəsizliyin və hərəkətin təmin olunması üçün səhər saatlarından başlayaraq əsas yollara qum və duz səpiblər. Aşan ağaclar isə kəsilərək ərazilərdən təmizlənib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.