Cəmiyyət

Güclü qar Sumqayıtda çörək qıtlığı yaratdı

31 Yanvar 2014 17:01
0 Şərh     Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda çörək qıtlığı yarandı

Ölkədə müşayiət olunan qarlı və çovqunlu hava şəraiti Sumqayıt şəhərində də bəzi problemlər yaradıb.

Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, yolların buz bağlaması nəticəsində avtobusların və maşınların hərəkətində problemlər yaranıb. Şəhərdə az sayda marşrut öz xətti ilə hərəkət edir.

Bundan əlavə, anomal hava şəraiti nəticəsində şəhərin elektrik enerjisinin verilməsində də problem yaranıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində şəhərin bəzi yerləri qaranlığa qərq olub.

Mavi yanacaqla bağlı problem olmasa da, Sumqayıtın bəzi yerlərində çörək qıtlığı da yaşanıb. Belə ki, yolların buz bağlaması nəticəsində çörək maşınları mağazalara çörək gətirə bilmir. Çörək qıtlığı isə insanların narazılığına səbəb olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.