Cəmiyyət

Lənkəranda məktəbdən oğurluq edən dəstə ifşa olundu

31 Yanvar 2014 16:49
0 Şərh     Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az CTV-yə istinadən bildirir ki, oğrular məktəbin arxiv otağını talan ediblər.

Lənkəranda orta məktəblərin birində oğurluq edən dəstə zərərsizləşdirilib. Saxlanılan şəxslər ilkin istintaq zamanı əməllərini maddi ehtiyac uzundən törətdiklərini bildiriblər.

Yanvarın 28-də Lənkərən Polis Şöbəsinə şəhər 2 saylı orta məktəbin həyətindəki  anbardan təhsil məqsədi üçün nəzərdə tutulmuş bərk invertarların oğurlanması barədə məlumat daxil olub. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fayaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramil Rəhman oğlu Qulamov şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, həmin şəxslər yanvarın ortalarında  məktəbin arxiv otağındakı seyfini sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngini, 2 ədəd f1 və 3 ədəd rqd3 əl qumbaralarını, həmçinin xeyli sayda patron oğurlayıblar.

Lənkərən Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Pərviz Əsədzadə bildirdi ki, hal-hazırda istintaq davam etdirilir: "Yuxarıda adlarını olunan şəxslər şübhəli şəxs qismində tutulmuşlar, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq davam etdirilir".
Bu barədə həm təhsil şöbəsindən, həm də 2 saylı orta məktəbin rəhbərliyi tərəfindən Polis Şöbəsinə məlumat verilib. Məlumat əsasında da şöbə rəisi tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Saxlanılan şəxsləri 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Saxlanılan şəxslər törətdikləri əməllərdən peşman olduqlarını dedilər. 
Hazırda həmin şəxslərin hansısa digər cinayət əməllərində iştirak edib-etməmələri barədə istintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.