Cəmiyyət

Lənkərana ilk qar yağdı, hərəkət dayandı - VİDEO - FOTO

31 Yanvar 2014 15:04
0 Şərh     Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az CTV-yə istinadən bildirir ki, şəhərdə avtomobillərin hərəkəti mümkünsüzdür.

2014-cü ilin ilk qarı Lənkəran yollarını da iflic edib. Ötən gecədən başlayaraq yağan qar əslində insanlar üçün təəccüblü və gözlənilməz olmadı. Çünki bir neçə gün əvvəldən hava şəraitinin qeyri-sabit olacağı haqda məlumat verilmişdi. Demək, hamı yağacaq qardan xəbərdar idi. Lakin görünür, bircə xəbərsiz olan aidiyyatı qurumlar imiş ki, bu gün Lənkəranın küçə və yollarında acınacaqlı vəziyyət yaşanmaqdadır.

Donmuş, sürüşkən yollar, qar tutmuş səkilər. Gecə saatlarından yağan qar şəhərdə hərəkəti az qala iflic vəziyyətinə salıb.

Paytaxtda artıq 2-3 gün əvvəldən qartəmizləyən texnikalar hazır
vəziyyətə gətirilib. Biz isə Lənkəranın az qala bütün küçələrini dolaşsaq da, bir dənə də olsun bu tipli texnikaya rast gəlmədik. Bu səbəbdən də davamlı yağan qar təmizlənmədiyi üçün yollarda nəqliyyatın hərəkətini mümkünsüz vəziyyətə salıb. Elə sürücülərin haqlı narazılığına səbəb olan da bu idi.

İkinci bir məsələ isə hələ yağmaqda olan qarın səkilərin üstünü örtməsi və burada hərəkəti mümkünsüz etməsidir.

Bu saatlara qədər yolda qalan sürücülər mənzilə çatmaq üçün çalışırlar. Kimi avtomobilini itələyir, kimi isə maşını yavaşca idarə edərək, qəzadan qorunmağa çalışır. Bu günlər ümumiyyətlə, bütün ölkə üzrə şaxtanın rekord həddə çatacağı proqnozlaşdırılır. Bu gündən ölkə ərazisində qeyri-sabit hava şəraiti daha da kəskinləşəcək və yollar buz bağlayacaq. Əgər aidiyyatı qurumlar məsələyə bugünkü kimi yanaşsa, onda kommunal problemlər qaçılmaz olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.