Cəmiyyət

IDEA gənclərə 3000 manat qazandıracaq "Eko Ev" müsabiqəsi elan edir

31 Yanvar 2014 14:31
Baxış: 1 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Day.Az xəbər portalının dəstəyi ilə "Eko Ev" adlı layihəyə start verir.

Layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq.

Müsabiqədə 18-30 yaş arası şəxslər iştirak edə bilərlər. Bunun üçün 2014-cü il fevralın 1-dən martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək "eko ev" mövzusunda hazırlanmış eskizi ("jpg" formatında) qısa izahı ilə birgə yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcək. Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar.

E-mail: [email protected]

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.