14:07
Bakı-Sumqayıt yolunun Xocahəsən qəsəbəsi yaxınlığından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində problemlər var. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Bölmə rəisinin sözlərinə görə, hərəkət edə bilmədiyindən hazırda həmin yolda çoxlu sayda yük maşını dayanıb: "Həmin istiqamətdə sürüşmə artıb. Təmizləmə işlərinin aparılmasına baxmayaraq, hərəkət edə bilmədiyindən yolda çoxlu sayda yük maşınları dayanıb. Hazırda yolun boşaldılması və həmin nəqliyyat vasitələrinin oradan çıxarılması istiqamətində zəruri tədbirlər görülür. Bunu nəzərə alaraq, göstərilən istiqamətdə sürücülərə alternativ yollarda istifadə edilməsi tövsiyə olunur".
Bölmə rəisi hazırda sürüşmə ehtimalı olan digər yolların adlarını açıqlayıb: "Bakı Kənar dairəvi yolunun, Nobel prospektinin eniş və yoxuş hissələri, Tbilisi prospektində Nəqliyyat Nazirliyinin yanından başlayaraq Biləcəri qəsəbəsinin enişinədək olan yol avtomobillərin daha çox sürüşmə ehtimalı olan yerlər hesab olunur. Digər yollarda vəziyyət normal hesab edilə bilər".
Onun sözlərinə görə, paytaxtın Yasamal və Günəşli hissələrinin yüksək ərazilərində duman və qar müşahidə olunsa da, hərəkətin intensivliyi normaldır. Hazırda Bakının əsas mərkəzi küçələri, enişli-yoxuşlu yolları, sərt döngələr, yol birləşmələri tam nəzarətə götürülüb. Hərəkət intensivliyi normaldır.
V.Əsədov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti qış qarajının və Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-yə məxsus texnikaların köməyi ilə yolların təmizlənməsi, yollara qum səpilməsi işləri davam etdirilir:
"Lakin havaların sərt keçməsi ilə əlaqədar şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsinə dair çağırışımıza baxmayaraq, paytaxtda hərəkətdə olan fərdi avtomobillərin sayı həddindən artıq çoxdur. Proqnozlaşdırılan şaxtalı hava ilə əlaqədar bildiririk ki, yolların buz bağlaması və sürüşmə ehtimalı artacaq ki, bu da nəqliyyat vasitələrinin hərəkətində təhlükə yaradacaq. Ona görə də bir daha sürücülərə və avtomobil sahiblərinə müraciət edərək, fərdi avtomobillərinin istismarından imtina etməyə, əsasən ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırırıq".
Bakı-Sumqayıt yolunun Xocahəsən qəsəbəsi yaxınlığından keçən hissəsində yaranmış gərginlik artıq aradan qaldırılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, 100-ə yaxın yük maşını hərəkət edə bilmədiyindən yolda dayanmağa məcbur olub. Artıq hərəkət bərpa edilib. Hərəkətin bərpa olunması işlərinə Bakı şəhər İcra Hakimiyyətinin və "Azəryolservis" ASC-nin texnikası cəlb edilib.
Məlum olub ki, hərəkətin iflic olmasına ön cərgədəki 3 qoşqulu iriqabaritli yük avtomobilinin sürücüsünün səhlənkarlığı, həmin avtomobillərin normadan artıq yüklənməsi və bunun müqabilində yalnız bir aparıcı oxla hərəkət etməsi səbəb olub. O da aydın olub ki, həmin avtomobillər yolun ortasındakı metal maneələri dağıdaraq onları sıradan çıxarıb, bununla da yol infrastrukturuna maddi ziyan vurublar. Hazırda həmin nəqliyyat vasitələri əlavə texniki qüvvə cəlb edilməklə ərazidən çıxarılır:
"Bir daha bildiririk ki, bütün fiziki, hüqiqi və vəzifəli şəxslərə xəbərdarlıq edirik ki, yol, metereoloji şərait, bütövlükdə daşınan yük, yükün ağırlığı nəzərə alınaraq ona uyğun dartma qüvvəsi olan iki və daha artıq aparıcı oxu olan avtomobillərdən istifadə edilməlidir".
---------
13:28
Ölkənin yollarında vəziyyət nəzarət altındadır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.
O deyib: "Yollarda qar təmizləyən, qum və xüsusi maddələr tökən 1100 ədəd xüsusi texnika çalışır".
C.Qurbanov əlavə edib ki, ASC gündə üç dəfə yollardakı vəziyyət və görülən tədbirlər haqqında nəqliyyat naziri Ziya Məmmədova hesabat verir.
Sinoptiklərin proqnozlarına görə, yanvarın 30-da günün ikinci yarısından və həftənin sonuna kimi respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda yollarda vəziyyət necədir? - YENİLƏNİB
31 Yanvar 2014 14:07
2 Şərh
Baxış: 3 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? - AÇIQLAMA
-
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı
XƏBƏR LENTİ
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" - Peskov





