Qarın yağması ilə əlaqədar yollarda sürüşmə yarandığından, axşam saatlarından başlayaraq, bəzi şəxslər bundan istifadə etmək qərarına gəliblər.Maşın itələtdirmək üçün 1 manat verirlər
Milli.Az bildirir ki, "Axar.az"ın müxbiri xəbər verir ki, Bakı-Sumqayıt yolunda maşınları itələmək üçün xüsusi dayanmış adamlar 1 manat müqabilində hərəkət etməkdə çətinlik çəkən maşınları itələmək təklifi edirlər.
Sumqayıtdan Bakıya doğru hərəkət edən taksilərdə isə bu gün xüsusi qiymət artımı müşahidə olunur. Adi günlərdə bir sərnişini 1 manata aparan taksilərin qiyməti adambaşına 20 manatadək artıb.
Milli.Az





