Cəmiyyət

Şəkiyə güclü qar yağıb - VİDEO

31 Yanvar 2014 12:26
0 Şərh     Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən axşam saatlarından başlayarq ölkə ərazisində hava şəraiti kəskin olaraq dəyişib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, ölkənin əksər bölgələrinə intensiv qar yağıb. Şəkiyə də axşam saatlarından etibarən güclü qar yağıb. Yollarda əhalinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi ilə aidiyyatı qurumlar səhər saatlarından işə başlayıblar.

Şəkiyə axşam saatlarından yağmağa başlayan güclü qar, bu gün səhər saatlarından Şəki  KTİB-ni və 15 nömrəli yol istismar idarəsini gücləndirilmiş iş rejiminə keçirib. Səhərin erkən saatlarından traktor və qreyderlər şəhərin küçələrini təmizləməyə başlayıb. KTİB-dən verilən məlumata əsasən onların iki yol təmizləyən traktoru və 4 avtomobili səhər saatlarından şəhər ərazisində işə başlayıb. Şəhərin küçələri qardan təmizlənib və yerinə duzla qarışdırılmış kəpək və qum səpilib.

15 saylı yol istismar idarəsidə səhərin erkən saatlarından şəhər ərazisində texniklarını səfərbər edib. Belə ki, idarəinin 4 qreyderi, 1 ekskavatoru və 19 avtomaşını şəhərin Salman Mümtaz, Məmmədəmin Rəsulzadə küçələrində, eləcə də Yevlax-Zaqatala- Gürcüstan və Qaraməryəm-İsmayıllı- Şəki magistral avtomobil yollarının Şəkidən keçən hissələrində, həmçinin təzə salınan Şəki-Qax yolunda qarı təmizləməyə başlayıb.

Qarlı hava şəraiti ilə bağlı Şəki DYPB-nin əməkdaşları da sürücülərə xəbərdarlıq ediblər. DYPB-dən bildirilib ki, ehtiyac olmadıqca sürücülər şəxsi avtomobillərdən istifadə etməsinlər. Daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. Həmçinin yola çıxarkən təkərlərə zəncirlərin bağlanmasının mütləq olduğu bildirilirb. Şəki DYPB-nin əməkdaşları həmçinin sürücülərə bildiriblər ki, onlar paytaxt istiqamətində hərəkət edərkən imkan daxilində Bakı-Şamaxı yolundan istifadə etməsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.