Cəmiyyət

Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək? - RƏSMİ AÇIQLAMA

31 Yanvar 2014 12:15
27 Şərh     Baxış: 20 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 1-də qar yağacaq, şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 şaxta proqnozlaşdırılır. Dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta gözlənilir.

Fevralın ilk günlərində Azərbaycanda şaxtalı, qarlı hava şəraiti davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.