Cəmiyyət

Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar - SİYAHI

31 Yanvar 2014 12:11
2 Şərh     Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün sığınacaqlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxt Bakıda müvəqqəti sığınacaqlar təşkil edib.

Anspress-in məlumatına görə, nazirlik tərəfindən təşkil edilən sığınacağlar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, "Xalqlar Dostluğu" metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.

Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.

Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.