Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar yolda ləngimələr ola bilər.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı xəbərləri təkzib edib
Lakin magistralın bağlanması xəbəri tamamilə cəfəngiyyatdır:
"Kəskin hava şəraiti sürücülərə müəyyən problemlər yaradır. Mən hazırda Bakı-Sumqayıt yolundayam. Düzdür, burada sürət aşağı düşüb, ləngimələr ola bilər. Lakin yolun bağlanmasından söhbət belə gedə bilməz. Hazırda ərazidə texnikalar çalışır və gün ərzində, gecə saatlarında da fəaliyyətə davam edəcəklər. Nə qədər qar yağırsa-yağsın, Bakı-Sumqayıt yolunun bağlanmasına imkan verilməyəcək".
Qeyd edək ki, çovğun və küləkli hava şəraiti ilə əlaqədar təmizlənmiş və qum səpilmiş yollar qısa müddət sonra əvvəlki vəziyyətinə qayıdır.
Bu da yol təsərrüfatı subyektlərinə müəyyən problem yaradır.
Milli.Az





