Şimal bölgəsində ən çox yağıntı Xaçmaz rayonunun Nabran ərazisinə düşüb.
Milli.Az Regional TV-yə istinadən bildirir ki, Quba regional hidrometreologiya idarəsindən verilən məlumata görə, burada qarın hündürlüyü 52 sm-dir. Quba-Qusar rayonlarına 18, Siyəzənə 24 sm qar yağıb. Xınalıqda temperatur mənfi 19, Ləzədə 18, Qrızda isə 19 dərəcədir.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komisiyyasının sədri Yetkin Mehmanovun RTV-yə bildirib ki, elektrik təsərrüfatında bəzi problemlər yaranıb. "Həmin problemlərin həll edilməsi istiqamətində işlər aparılır. Elektrik enerjisində yaranan fasilələrin aradan qaldırılması üçün briqadalar çalışır. Ümumilikdə rayonda ciddi problem yoxdur".
Quba rayon fövqəladə hallar komissiyasının sədri Yusif Abdidovun sözlərinə görə, rayonun elektrik təchizatında ciddi problemlər yoxdur.
Quba 5 saylı yol istismar idarəsinin sədri Aydəmir Manafov Bakı-Quba-Rusiya federasiya magisrtal yolunun idarənin xidmət etdiyi istiqamətdə maşınların hərəkətinin təmin olunduğunu bildirib.
"Yol bağlanmayıb. Səhərə qədər ərazidə texnika işləyib. Rayon digər ərazilərində, xüsusilə kənd yollarında təmizləmə işlərində çətinliklər var".
X X X
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə daxil olan məlumata görə, qar örtüyünün hündürlüyü: Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada 4 sm təşkil edib.
Külək: Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.
Temperatur: Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.
Milli.Az
---------
13:22
Böyütmək üçün şəkillərə klikləyin.









