Cəmiyyət

Qarlı havada məktəblilərə müjdə

31 Yanvar 2014 10:47
1 Şərh     Baxış: 8 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib

"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur".

Bunu anspress-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib.

O, qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib:

"Qarla bağlı məktəblərdə problemlər var. Bu, davamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamailə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gün də qar yağsa, təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyənlər üzrlü hesab olunacaqlar", - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.