Heydər Əliyev prospektində binanın sökülməsi zamanı 2 nəfərin ölməsilə yaranan faciəvi hadisə, bu prosesin beynəlxalq standartlara riayət olunmadan aparıldığını göstərir. Çünki bir çox ölkələrdə binalar elə sökülür ki, bunu heç ətrafda olan insanlar belə hiss etmirlər.Bir çox ölkələrdə binalar elə sökülür ki, bunu heç ətrafda olan insanlar belə hiss etmirlər
Qeyd edək ki, ekskavatorlar vəsitəsilə binaların sökülməsi ən primitiv üsuldur. Bu halda daha çox fəsadlar ola bilər. Ümumiyyətlə, ən böyük problem təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Məsələn "Qış parkı"nın salınması zamanı sökülən binaların üzərinə qaldırılan ekskavator da aşmışdı. Bu zaman da fəhlə dünyasını dəyişmişdi.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ekspertlər hesab edirlər ki, ümumiyyətlə şəhərin mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə binaların sökülməsini həyata keçirmək düzgün deyil. Əgər zərurət yaransa belə, bunu bütün təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirmək lazımdır.
Həmçinin şəhərin sıx yerlərində belə söküntü işləri aparılanda heç olmasa, binanın hər tərəfindən 1 metrə yaxın sahəni təhlükəsizlik baxımından bağlamaq lazımdır. Nərimanov Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, faciə baş verən bu yolda, tıxacların yaranmaması üçün buna riayət edilməyib.
Qeyd edək ki, söküntünü aparan Qamət Əliyev adlı fiziki şəxsdir. Hadisə ilə bağlı baş prokurorluq tərəfindən cinayət işi açilsa da, hələ ki, Qamət Əliyev azadlıqdadır. Ortada isə təkcə uçan binanın qalıqları yox, Cavid Bayramlı ilə Asiman Ələkbərovun timsalında dağılan iki ailənin ümidləri var.
Milli.Az





