Nadir Ağayev həmin müddətdə vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barəsində bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib.O, 1 milyon 790 min manatdan çox vəsaiti dövlət büdcəsindən yayındırıb
Bu da vergi məcəlləsinin bir neçə maddəsinin pozulması anlamına gəlir.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, nəticədə keçmiş direktor nə az, nə çox 1 milyon 790 min manatdan çox vəsaiti dövlət büdcəsindən yayındırıb. Bundan əlavə, onun heç bir razılıq almadan tikinti-quraşdırma işləri ilə məşgul olaraq külli miqdarda, yəni 150 min manatdan çox gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşgul olduğu müəyyən edilib. Onun barəsində toplanılan materiallar əsasında ötən ilin dekabrında cinayət işi başlanılsa da, Nadir Ağayev istintaqdan gizləməyə müvəffəq olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan sabiq direktor barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az





