Cəmiyyət

Cəlilabadda doğuşdan sonra ananın başına nələr gəldi?

31 Yanvar 2014 11:04
1 Şərh     Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Doğuş keçirən qadının sonradan vəziyyəti kəskin pisləşib

Anspress yazır ki, Cəlilabad rayon Komanlı kənd sakini Gülmalı Gülmalıyev gəlini Fatiməxanım Əliyevanın bir neçə ay əvvəl uşaq dünyaya gətirərkən səhhətində yaranan problemlərdən şikayətlənib. G.Gülmalıyev ANS-ə açıqlamasında bildirib ki, doğuş zamanı həkimlər səhlənkarlığıa yol veriblər.

Şikayətçi iddia edir ki, doğuş keçirdikdən sonra onun gəlininin səhhətində ciddi ginekoloji problemlər meydana çıxıb. Sonradan digər həkimlərə müraciət edəndə məlum olub ki, gəlininin səhətində yaranmış xəstəliklər doğuşun təbii üsulla icra olunması ilə əlaqədardır.

"Doğuş düzgün keçirilməyib. O, qeysəriyyə əməliyyatı edilməliydi. Həkimlər deyirlər ki, bu vəziyyətdə olan qadın təbii doğuşla deyil, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməlidir", - deyə Gülmalı Gülmalıyev şikayətlənib.

Şikayətçinin sözlərinə görə, ev şəraitində mülicə olunan ananın vəziyyəti pisləşdiyi üçün yenidən Cəlilabad Mərkəzi Rayon Xəstəxana müraciət etməli olublar. Lakin müalicə effektsiz olduğu üçün xəstə göndərişlə paytaxdakı 5 nömrəli xəstəxanaya yerləşdirilib.

Vətəndaşın şikayətilə bağlı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, burada bir neçə ay əvvəl doğuş keçirən ana Fatmaxanım Əliyevanın səhhətində yaranmış problemlər onun doğuşu ilə əlaqədar deyil.

Belə ki, gənc anada doğuşdan sonra yoğun bağırsağında qeyri-spesifik xoralı spastik kolit aşkar olunub. Əvvəllər də bu xəstəlikdən əziyyət çəkən anada problem doğuşdan sonra daha da aktivləşib.

Xəstəxanadan tövsiyyə olunub ki, paytaxtdakı 5 nömrəli xəstəxana elə məhz bu sahə üzrə ixtisaslaşdığından xəstə orada müalicəsinİ davam etdirsin.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.