13:46
Bu gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın bütün rayonları üzrə qarlı havada küçədə sürüşərək xəsarət alanlarla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər əsasında 17 nəfər müxtəlif zədələrlə xəstəxanaya yerləşdirilib.
Həmin şəxslərdə əsasən sınıq və çıxıqlar müşahidə olunub. Xəstəxanaya yerləşdirilənlərdən 6 nəfəri Yasamal rayonunda hərəkətdə olarkən sürüşərək yıxılıb xəsarət alanlar olub. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, elə adamlar olub ki, onlara yerində yardım edilib, elə adamlar da olub ki, yardım edilərək yaxınlıqdakı evinə aparılıb.
Z.Vahidova qeyd edib ki, həkim briqadasının hansısa çağırışa gedə bilməməsi halı qeydə alınmayıb: "Düzdür, elə hallar olub ki, ora adi təcili tibbi yardım maşınları gedə bilməsə də, ərazidə olan xüsusi təyinatlı avtomobillər cəlb edilərək həkimlərin çağırış olan bütün ünvanlara çatması təmin edilib. Məsələn, doğum halları ilə əlaqədar Müşviqabad qəsəbəsi, Binə qəsəbəsindəki südçülük sovxozuna gedilərək lazımi tibbi yardım göstərilib".
Həkimin sözlərinə görə, gün ərzində ümumilikdə stansiyaya 1600-ə yaxın çağırış olub: "Demək olmaz ki, bu, çoxdur. Adi günlərdə də bizə orta hesabla 1800 çağırış olur. Çağırışların sayının nisbətən az olmasının səbəbi hava şərati və bir sıra hallarda telefon məsləhətlərinə üstünlük verilməsidir. Hazırda yolların qarlı və sürüşkən olmasını nəzərə alaraq, yüngül xəstəliklərlə bağlı daha çox telefon məsləhətlərinə üstünlük verilir. Hesab edirik ki, çağırışların sayının nisbətən az olmasının da səbəbi məhz bir sıra hallarda vətəndaşlara lazımi məsləhətlərin telefon vasitəsilə verilməsi ilə bağlıdır. Bir çox hallarda telefonla verilən məsləhətlərdən sonra xəstələr bildiriblər ki, artıq vəziyyətləri normaldır və tibbi yardıma ehtiyac yoxdur. Bunlar əsasən təzyiq, eləcə də baş, oynaq və mədə ağrıları ilə bağlı edilən müraciətlər olub. Ümumilikdə, telefonla 200-dən artıq vətəndaşa müxtəlif məsləhətlər verilib".
----------
10:07
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışlar artıb.
Ötən gündənm başlayaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışların sayı artıb. Stansiyadan anspress-ə verilən məlumatlara görə, çağırışların sayı şaxtalı və qarlı hava ilə əlaqədar adi günlərə nisbətən artıb. Çağırışların çoxu avtoqəzada xəsarət alanlar, dəm qazından zəhərlənənlər və buzlu yolda yıxılaraq xəsarət alanlarla bağlıdır.
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından onu da bildirdilər ki, paytaxt küçələrinin buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib.
Əsasən Binəqədi, Yasamal, Yeni Günəşli istiqamətində yollarda hərəkət mümkünsüz olub. Hətta çağırışa gedən bir neçə təcili yardım maşını bataraq yolda qalıb. Hətta həmin maşınların çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri işə qarışmalı olub. Hazırda stansiyanın xüsusi qışa hazır olan təcili yardım maşınları da əhaliyə xidmət göstərir.
"Vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməsinlər. Elə elementar şeylərdən ötrü təcili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. Ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda yüksək hərarət, insult, infarkt, yüksək təzyiq olan hallarda təcili yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır", - deyə stansiyadan bildirilib.
Qeyd edək ki, ötən gün paytaxtda təcili yardıma 1700-dən çox müraciət daxil olub. Ən çox müraciətlər isə yol qəzaları ilə bağlıdır. Bu gecədən isə müraciətlərin sayı daha da çoxalıb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Təcili yardıma zəng edin, məsləhət alın - YENİLƏNİB
31 Yanvar 2014 13:46
0 Şərh
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? - AÇIQLAMA
-
Daha bir prospektdə velosiped zolağı və parkinq ərazisi yaradıldı
XƏBƏR LENTİ
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" - Peskov





