Cəmiyyət

Bakıda şaxtalı havada səssiz ölüm xofu: zəhərləndikdə nə etməli?

31 Yanvar 2014 11:57
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda dəm qazından 5 nəfər zəhərlənib

Ötən gün Bakıda dəm qazından 5 nəfər zəhərlənib.

Anspress-in məlumatına görə, zəhərlənən şəxslər paytaxtın müxtəlif ərazilərində yaşayırlar.

Dəm qazından zəhərlənmə faktı əsasən həyət evlərində olub. Zəhərlənən şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə dəm qazından ehtiyatlı olmağı məsləhət bilir.

"Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir.

Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Bu səbəbdən qazla ehtiyatlı olmaq lazımdı", - deyə xəbərdarlıqda bildirilir.

Qeyd edək ki, dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.

Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.

Hər hansı bir fövqəladə hadisə baş verdikdə "112" qaynar xəttinə müraciət etmək lazımdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.