Cəmiyyət

Sizi atmış ananı axtarmağa dəyərmi? - MÜZAKİRƏ

31 Yanvar 2014 10:13
8 Şərh     Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son zamanlar yerli televiziyalardakı tok-şoularda daha çox atılmış övladların böyüdükdən sonra öz analarını axtarmaları ilə bağlı süjetlər gedir. Bəs övladını taleyin ümidinə vuraxmış, heç vaxt onunla maraqlanmamış ananı axtarmaq lazımdırmı? Milli.Az xəbər verir ki, Day.Az saytı qeyd olunan məsələ ilə bağlı tanınmış dramaturq və ssenarist Ramiz Fətəliyevin fikirlərini soruşub.

"Mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki əgər bir şəxs həmin əziyyəti şəxsən yaşamayıbsa, bu suala cavab verməyə mənəvi haqqı yoxdur. Hər şey konkret insanların yaşadığı talelərdən asılıdır. 9-cu sinifdə oxuyarkən baş vermiş hadisə həmişəlik mənim yaddaşıma həkk olunub. O zaman hər gün bizim məktəbin həyətinə, bizimlə paralel sinifdə oxuyan oğlanın dalınca bir qadın gəlirdi. Oğlan da hər dəfə qadını görəndə "Sənə neçə dəfə demişəm ki, gəlmə bura!" - deyirdi və qovurdu onu. Həmin vaxt ikili hisslərim yaranırdı. Bir tərəfdən düzgün vətəndaş olurdum, digər tərəfdən isə həmin qadına yazığım gəlirdi. İndi bu suala cavab verə bilmədiyim kimi, həmin vaxt da hisslərimi müəyyənləşdirə bilmirdim", - o qeyd edib.

Bəs siz necə düşünürsünüz, əziz oxucular?

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.