Cəmiyyət

Rusiya telekanalı Qız qalasından veriliş hazırladı - VİDEO

31 Yanvar 2014 10:53
0 Şərh     Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qız qalasının bərpaetmə işlərindən sonra, qalaya yenidən şəhərin sakinləri və turistlər gələ bilərlər

Bakıda Qız qalasının bərpası işləri başa çatıb.

Anspress-in məlumatına görə, bu barədə Rusiyanın "MİR-24" kanalı xüsusi material hazırlayıb.

Materialda deyilir ki, qala 9 mərtəbəli olmasına görə dünyada analoqu yoxdur. Bərpa işləri zamanı qala divarlarına daxildən və xaricdən konservasiya işləri aparılıb. Bərpaetmə işlərinin gedişatına şəxsən prezident İlham Əliyev nəzarət edib. Bərpaetmə işlərindən sonra Qız qalasına yenidən şəhərin sakinləri və turistlər gələ bilərlər.

Qeyd edək ki, qalanın yenidənqurma işlərinə nəinki yerli memarlar, dizaynerlər, tarixçilər, həm də xarici proqramçılar da cəlb olunmuşdular. Hazırda qala bütövlükdə kompüter texnologiyaları ilə təchiz edilib. Bələdçilərin əvəzinə elektron büro-terminalları quraşdırılıb.

Qeyd edək ki, bu nadir tikili 1964-cü ildən muzey olub. XXI əsrdə isə "YUNESKO"nun abidələr siyahısına daxil edilib.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.