Cəmiyyət

Bakıya qar yağır - YENİLƏNİB - FOTOSESSİYA

31 Yanvar 2014 00:16
101 Şərh     Baxış: 19 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
30.01.2014
23:13


Bakıda güclü qar yağır.

Trend-in məlumatına görə, təqribən bir saatdır ki, Bakı şəhərində intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.

Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.
Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

---------
18:50

Axşam saatlarından etibarən Bakının bəzi rayonlarına qar yağmağa başlayıb.

Bu gündən etibarən Azərbaycanda hava şəraiti kəskin dəyişib. Sinoptiklərin verdikləri proqnoz özünü doğruldub. Belə ki, səhər saaatlarından etibarən respublikanın bəzi bölgələrində intensiv qar yağmayağa başlayıb. Axşam saatlarında isə qar yağıntısı paytaxt Bakıya da düşməyə başlayıb. 

Milli.Az xəbər verir ki, hazırda paytaxtın Yasamal rayonuna güclü qar yağmaqdadır. Bakının digər əraziləri də tədricən ağ örpəyə bürünür.
   
Milli.Az


----------------
31.01.2014
00:16

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.