Cəmiyyət

Bakının ən böyük prospektinə çıxış ölüm saçır - VİDEO

31 Yanvar 2014 01:30
3 Şərh     Baxış: 4 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakının ən böyük prospektinə giriş ölüm saçır. Milli.Az xəbər verir ki, Heydər Əliyev prospektinə daxil olmaq istəyən sürücülər böyük qəza vəziyyəti yaradırlar. Babək prospekti, Yusif Səfərov və Fəzail Bayramov küçələrindən avtomobillər eyni anda yüksək sürətlə Heydər Əliyev prospektinə daxil olur. Lakin hər üç istiqamətdən gələn maşınlar H.Əliyev prospekti ilə kəsişmədə böyük problemlə üzləşir. Bütün istiqamətdən gələn maşınlar özü də prospektin əsas yoluna çıxmaq istəyirsə, vəziyyət daha da ağırlaşır. Bu problemin aradan qaldırılması üçün həmin istiqamətlərdən gələn maşınların hərəkətinin ancaq Heydər Əliyev prospektinin köməkçi hissəsinə yönləndirmək, bir qədər içəridə isə əsas yola çıxış vermək olmazmı?

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, hərəkətin tənzimlənməsi ilə bağlı dəyişikliyin edilməsi və ya müvafiq yol nişanlarının, işarələrinin, qurğularının, digər texniki vasitələrin qurulması Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizliyi təşkili komissiyasının qərarı ilə həyata keçirilir.

Bölmə rəisinin sözlərinə görə, kimsə hesab edir ki, həmin yolda yenilik olmalıdır, hərəkət başqa cür tənzimlənməlidir, bunu qeydə alıb hərəkətin təşkili şöbəsinə məlumat verəcək: "Gedib yerində baxıb müşahidələr, təhlillər aparsınlar. Əgər hərəkətin dəyişikliyi zərurəti yaranarsa, bizim tərəfimizdən əlavə vəsatət qaldırılarcaq".

Anar Məmmədov
Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.