Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İçərişəhər haqda bilmədikləriniz
4 Yanvar 2014 13:05
0 Şərh
Baxış: 11 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının gözü, döyünən ürəyi İçərişəhər. Qala divarları ilə əhatə olunmuş, yaşı keçmişə dayanan tariximiz. Bu divarlar keçmişlə indiki aləmin arasına sədd çəkir. Əslində İçərişəhərə məxsus kiçik bir daş parçası belə, tarixi vərəq-vərəq səhifələyir, qədim şəhərin simasına aydınlıq gətirir. Əvvəlcə enli, sonra isə getdikcə daralan yollar, dördkünc evləri kiçik və yığcam göstərən ensiz pəncərələr, möhtəşəm qala divarlarında açılan oyuqlar, Xəzərə göz olmaq üçün ucaldılan Qız qalası zaman-zaman başı bəlalar çəkmiş bir şəhərin tarixindən bəhs edir.
Milli.Az xəbər verir ki, modern.az saytı sirli İçərişəhərin tarixini bir daha vərəqləyib...
Tarixçi-etnoqraf Əlibaba Babayev deyir ki, orta əsrlərdə dar dalanlar düşməni məhv etmək üçün vasitə sayılırdı, kiçik pəncərələr yerli əhalini istidən və soyuqdan qorumaq üçün idi.
"Varlılar şəhərin yuxarı başında, Şirvanşahlar sarayının ətrafında cəm olub. Aşağı başla müqayisədə ora əlçatmaz sayılırdı. Dənizətrafı məhəllələrsə kasıblara məxsus məskunlaşma yeri idi.
Qız qalası dənizdən gələn düşmənlərdən qorunmağa xidmət edirdi.
"Bakı Şirvanşahlar dövlətini ikinci paytaxtı olub"
- İçərişəhərin qala divarlarını Şirvanşah 3-cü Mənüçöhr inşa etdirib. Amma bəzi mənbələrdə qala divarlarının daha əvvəl də mövcud olduğu göstərilib. İçərişəhər özündə min illik tarixi, onun mədəni irsini, memarlıq abidələrini, mədəni təbəqələrini qoruyub saxlayır. Şəhərin tarixi ötən əsrin 20-ci illərindən öyrənilməyə başlasa da, bu günə qədər tədqiqatlar davam edir və məlum olur ki, açılmamış çox sirlər var. Burada çoxlu maddi-mədəni nümunələr cəmləşib. Misal olaraq məktəb məscidi, mədrəsələr, cami məscidi, karvansaraları göstərmək olar. Burada "Tut ağacı" meydanı mövcuddur. 80-ci illərdə tut ağacını xəzri küləyi kökündən qırır. Sakinlərdən biri onun yerində bir tut ağacı əkir. İndiki ikinci "Tut ağacı"meydanı beləcə yaranır. Keçmiş Tverskaya (indiki Mirzə Mansur küçəsi) küçəsinin üzərində Məhmət məscidi minarəsi ucalıb. Bu küçə təxminən 3 metr yuxarı qalxıb. Bəzi yerlərdə birinci mərtəbə zirzəmi olub. Bu mədəni lay adlanır.
"İçərişəhərin altında bir dənə də şəhər var"
Tarixçi Elxan Məmmədovun bildirdiyinə görə, ötən əsrin 50-ci illərində qala divarları qismən bərpa olunub. Bərpa işləri aparılarkən qala divarlarının tikilməsinə aid bir daş parçası tapılıb. 2 metr 70 santimetr ölçüsündə olan daşın üzərində qeyd edilib ki, qala divarları Şirvanşah 3-cü Mənüçöhrün fərmanı ilə 1138-1139-cu ildə tikilib. O daşa əsasən, qala divarlarının tarixini müəyyən etmək olub.
"Tarixən isə qala divarlarının uzunluğu 1500 metr olub. 70 yarımbürc, 600-ə yaxın mazğal olub. Bu gün isə divarlardan 500 metrə qədər hissə mövcuddur. 25 yarımbürc qalıb ki, onlar da bərpa olunub".
E.Məmmədov deyir ki, İçərişəhərə dair yazılı mənbələrdə qala divarlarının 3 hissədən ibarət olduğu bildirilir. Hər 3 divar sədd rolunu oynayıb və düşməndən qorunmaq üçün güclü vasitə sayılıb. Mənbələrdə göstərildyi kimi, divarlar bir-birinə paralel şəkildə tikilib və onları əhatə edən məsafə 25 metrə çatıb. Düşmən hücumu zamanı aralara odun doldurulur və od vurulurmuş.
Qala divarları boyu düzülmüş oyuqlar diqqət çəkir. Tarixçi deyir ki, oyuqların arasında axan yanacaq düşməni qorxudarmış.
"12-ci əsrdə qala divalarının ucaldılmasına Şah Axsitan qərar verir. Şəhərin içərilərinə doğru uzanan 2-ci, 3-cü divarlar sökülür və o daşların hesabına İçərişəhəri əhatə etmiş qala divarları 8-12 metr hündürlüyə qaldırılır".
Şirvanşahlar sarayının qarşısında sağ tərəfdə bağça var ki, ora konservasiya yeridir. Yəni oradan nümunələr muzeyə aparılıb. Onun altında 8 metr dərinliyində evlər, küçələr mövcuddur. Şirvanşahlar sarayı haqqında son zamanlar yanlış mülahizələr söylənilir. Bəzən buranı saray kimi yox, Şeyx Seyid Bakuvinin xanəgahı kimi təqdim edirlər.
"Bunun isə heç bir tarixi əsası yoxdur. Yalnız Bakıxanova istinadən deyirlər ki, Seyid Yəhya Bakuvinin Bakıda xanəgahı olub. Amma yeri göstərilmir", - deyə tarixçi bildirir.
Qeyd edək ki, İçərişəhərin öyrənilməsində alim Sara Aşurbəylinin xidmətləri əvəzsizdir. Onun Şirvanşahlar dövləti haqqında yazdığı monoqrafiya, Bakı tarixinə aid digər əsərləri İçərişəhər tarixinin öyrənilməsində mühüm mənbə olub.
Taix elmləri doktoru Məşədixanım Aşurbəyli İçərişəhərə məxsus olan yazılı nümunələrin oxunmasında əvəzsiz xidməti olan insandır. Yazılı kitabələrə qədim şəhərin bir çox yerlərində rast gəlinir. Hər bir yazıyla bağlı alimin maraqlı açıqlamaları var. Bunlardan biri Cümə məscidinin həyətində divara vurulmuş daş kitabədir ki, oxunmuş mətni sayəsində əhalinin həyatında önəm daşıyan hadisə haqqında məlumat toplamaq mümkün olur. Bildirək ki, İçərişəhər tarixinin bütün mədəni təbəqələri tam öyrənilməyib. Yazılı abidələr isə bunun əksinə, tam öyrənilib.
İçərişəhərin 930 yaşlı məscidi
İçərişəhər 22 hektara qədər ərazini əhatə edir. Burada hazırda 4 minə yaxın əhali yaşayır. Vaxtilə bu şəhərin aşağı və yuxarı məhəllələrində 28 məscid, 28 hamam, həmçinin karvansaralar fəaliyyət göstərib. Orta əsr dövrlərində tikilmiş hamamların quruluşu, istiliyin təmin olunması çox unikaldır. Həmçinin burada yerləşən və bərpa olunan Məhəmməd məscidi dünya tarixində bu günə qədər minarəsi salamat qalmış 4 qədim məsciddən biridir. Məscidin 930 yaşı var.
Hicri 471, miladi təqvimlə isə 1078-1079-cu illərdə inşa olunmuş bu məscid indinin özündə də gələn turistləri heyran qoyur. Sovet dövründə İçərişəhərin küçələrinə asfalt örtüyü çəkilir. Lakin sonradan küçələrdəki asfalt qatı çıxarılıb yenidən daş döşənib. Buradakı köhnə məhəllələr orada yaşayan məşhurlara görə tanınır. Hacınskilər, Ramazanovlar, Xanlarovlar, Babayevlər, Səlimxanovlar İçərişəhərdə orta əsrlərdən məskunlaşan nəsillərdəndir. Varlı nəsillər öz gəlirlərini möhtəşəm binalar tikməyə sərf edir. Həmin binalar bu gün İçərişəhərin gözəlliyini tamamlayır. Ötən əsrin əvvələrinə kimi papaqçılar, şirniyyatçılar, başmaqçılar və s. peşə sahibləri şəhər əhalisinin həyatında önəmli rol oynayıb. Xırda sənətkarlara indi də rast gəlmək olar. Demək olar ki, İçərişəhərə məxsus qədim ənənələr indi də yaşamaqdadır...
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün