Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Böyük Britaniya tarixində milyarder statusuna çatan ilk idmançı olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu "The Times" nəşri məlumat yayıb.
51 yaşlı idmançı və onun həyat yoldaşı - müğənni və dizayner Viktoriya Bekhemin birgə sərvəti hazırda 1.185 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qeyd olunur ki, məşhur cütlüyün maliyyə vəziyyəti təkcə son bir il ərzində iki dəfədən çox yaxşılaşıb.
"The Times" nəşrinin təhlilinə görə, bu kəskin artım, əsasən, Bekhemin 2018-ci ildən ortaq sahibi olduğu MLS təmsilçisi "İnter Mayami" klubuna etdiyi sərmayə ilə bağlıdır. Hazırda səkkizqat "Qızıl top" sahibi Lionel Messinin də çıxış etdiyi komandada Bekhemin payının dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.
Xatırladaq ki, "Forbes" jurnalının son milyarderlər siyahısında idmançılardan Maykl Cordon (4.3 milyard dollar), Mecik Conson (1.6 milyard dollar), Lebron Ceyms (1.4 milyard dollar), Tayqer Vuds (1.5 milyard dollar) və Rocer Federer (1.1 milyard dollar) yer alıblar.
Peşəkar karyerasını 2013-cü ildə başa vuran Bekhem "Mançester Yunayted", "Real", PSJ, "Milan" və "Los-Anceles Qelaksi" kimi nəhəng klubların formasını geyinib. O, İngiltərə, İspaniya və Fransa çempionatlarının, eləcə də Çempionlar Liqasının qalibi adlarını qazanıb.
Ulduz futbolçu İngiltərə yığmasının heyətində 115 matça çıxıb və altı il ərzində milli komandanın kapitan sarğısını daşıyıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO





