Cəmiyyət

"Sahil bağı"nın adı dəyişdiriləcək? - VİDEO

18 Dekabr 2013 11:38
0 Şərh     Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Millət vəkili Qənirə Paşayeva da bu istiqamətdə tədbirlər görülməsinə ehtiyac duyur

Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Demoratik Azərbaycan Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi məsələsinə toxunublar.

Anspress yazır ki, müxtəlif təkliflər olub.

Şərqdə ilk demokratik dövlət Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları bu gün fərdi surətdə xatırlansa da, insanların onları yad etmək üçün, üz tutacağı hər hansı bir ünvan yoxdur. Bu il Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı prezident İlham Əliyevin sərəncam imzalaması bu məsələləri daha çox gündəmə gətirdi.

Fazil Mustafa həmin dövrdə Bakının azad olunmasında danılmaz rolu olmuş Nuru Paşaya layiqli qiymətin verilməsini istəyir. Xatırlatmaq yerinə düşər ki, Nuru Paşanın rəhbərlik etdiyi Türk İslam Ordusu Bakını bolşevik daşnaq ermənilərindən və ingilis hərbi dəstələrindən azad edib.

Cümhuriyyət dövrünün qurucularının əksəriyyətinin bu gün qəbirləri ya yoxdur, ya da Azərbaycanda deyil. Elə millət vəkili Qənirə Paşayeva da bu istiqamətdə tədbirlər görülməsinə ehtiyac duyur. O, Nəsib bəy Yusifbəylinin nə qəbrinin, nə də abidəsinin olduğunu bildirdi".

Əslində ayrı-ayrılıqda cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi reallığa uyğun deyil. Onların xatirəsinin yad ediləcəyi ümumi bir məkan olmalıdır. Elə millət vəkili Qüdrət Həsənquliyevin təklifi də belədir.

Bu gün "Sahil bağı" adlandırılan həmin məkan 1920-ci ildə 26 Bakı Komissarının şərəfinə adlandırılıb. Amma 4 il əvvəl həmin ərazidəki abidə kompleksi yığışdırıldı və "Sahil bağı" kimi insanların istifadəsinə verildi. Hər halda parkın yaranma tarixinə baxsaq, bu gün oranın "Cümhuriyyət bağı" adlandırılması və istirahət edənlərə tariximiz barədə məlumatlar verəcək abidənin ucaldılması məqsədəuyğundur. Təbii ki, bu təklif reallığa çevrilərsə.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.