Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın səfiri Vrotslavda tələbələrlə görüşüb
15 Oktyabr 2013 19:01
Baxış: 1 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov Vrotslav Universitetinin İnformatika İnstitutunda azərbaycanlı tələbələrlə görüşüb.
Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Polşa Universitetlərində təhsil alan 25 azərbaycanlı tələbə ilə yanaşı Polşa, Ukrayna, Almaniya, Rusiyadan tələbələr və İnstitutun müəllim heyəti iştirak ediblər.
Görüşdə Polşa Universitetlərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında təqdimat ediblər. Sonra Polşada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupunun təqdimatı edilib və qısa müddət ərzində Qrupun əldə etdiyi nailiyyətlər haqda iştirakçılara ətraflı məlumat verilib.
Azərbaycanlı tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub.
Səfir Həsən Həsənov tədbir iştirakçılarına Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranma tarixindən danışıb və hər iki xalqın övladlarının ölkələrimizin tarixində qoyduqları izlər haqda məlumat verib.
Səfir AR Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlər və əhalinin sosial rifahının qaldırılması yönündə görülmüş işlərdən danışıb.
Azərbaycanda iqtisadi inkişafın, tolerantlığın və siyasi sabitliyin əsasında Prezident İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin durduğunu iştirakçılara bildirilib. Çıxışın sonunda səfir Həsən Həsənov tələbələrə hər bir Azərbaycanlı gəncin ölkəmizi öz tərbiyəsi, əxlaqı, savadı və vətənpərvərliyi ilə təbliğ etməsinin vacib olduğunu vurğulayıb.
Tədbirin sonunda səfir Həsən Həsənov Polşada təhsil alan bir qrup Azərbaycanlı tələbəni güclənən və inkişaf edən Azərbaycanın uğurlarını Polşada təbliğində verdikləri töhfəyə görə AR Polşadakı səfirliyi tərəfindən təsis olunmuş Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları verib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
XƏBƏR LENTİ
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)