Cəmiyyət

Bu günün hava proqnozu

5 Avqust 2013 00:05
0 Şərh     Baxış: 4 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-23°, gündüz 24-28° isti olacaq.
Bakıda gecə 20-22°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 759 civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 85-95 faiz təşkil edəcək.

Abşeron çimərliklərində
dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 24-25° isti olacaq.


Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 8-13°, gündüz 13-18° isti olacağı gözlənilir.
 

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 24-29° isti olacağı gözlənilir.
 

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18, gündüz 23-27° isti olacaq.
 

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-23°, gündüz 25-30° isti olacaq.
 

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.