Avqustun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 8-13°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 24-29° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18, gündüz 23-27° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-23°, gündüz 25-30° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Milli.Az