Cəmiyyət

Bakı metrosunda hər bir sərnişinin üzləşə biləcəyi problem - FOTO

11 Fevral 2013 01:30
0 Şərh     Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Plastik karta gediş haqqını yükləmək üçün sərnişin stansiyanın vestibüllərində yerləşən kartyükləmə aparatlarından istifadə etməkdə çətinlik çəkir. Bu azmış kimi bəzən yüklədiyin məbləğ gediş kartına oturmur. Zaur adlı oxucunun Milli.Az-a ünvanladığı məktub da məhz bununla bağlıdır. O, bildirir ki, metrodan karta gedişhaqqı yükləyərəkən problemlə üzləşib. Onun karta pul yükləmək istədiyi 2 manat balansa oturmayıb. Stansiyadakı kassaya müraciət edəndə isə kartın bloka düşdüyünü deyiblər.

Bakı Metropoliteninin hərəkət xidmətinin rəis müavini Elşad Musayev Milli.Az-a açqılamasında bildirdi ki, kartın bloka düşməsində ciddi problem yoxdur. Vətəndaş elə bir halla rastlaşdıqda metronun Cəfər Cabbarlı stansiyasında yerləşən analiz şöbəsinə müraciət etsin. Orada kart blokdan çıxarılaraq sərnişinə verilir.


Rəis müavini kartın bloka düşməsini kartın köhnə olması və ya aparatda yaranmış nasazlıqla əsaslandırdı.

Anar Məmmədov

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.