Ölkə

Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi

3 İyul 2025 10:38
Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var.

Belə ki, təqsirləndirilən B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib. O, buna görə ondan ümumilikdə 59 min manat pul alıb.

Bundan başqa, B.Yusifov Y.Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O, buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, B.Yusifov həmin şəxslərə özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.