Dünya

Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq”

3 İyul 2025 16:45
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea bildirib ki, ötən ay baş tutan 12 günlük hərbi əməliyyat zamanı İranın strateji obyektlərinə ciddi ziyan vurulub.

Milli.Az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb. Barnea qeyd edib:

"İsrailə qarşı gələcək təhlükələrin qarşısını almaq üçün qətiyyətlə hərəkət etməyə və qarşımızda yaranan strateji imkanları maksimum dəyərləndirməyə sadiqik".

Baş nazir Benyamin Netanyahu ötən gecə Mossad qərargahına səfəri zamanı rəhbərliklə görüşündə bildirib ki, 2024-cü ilin sentyabrında Hizbullah-a qarşı həyata keçirilən "sıra qəbuledici cihazlar və rabitə vasitələri" əməliyyatı sonrakı hadisələrin başlanğıcı olub - Hizbullah lideri Həsən Nəsrullahın aradan götürülməsi, Suriya prezidenti Bəşşar Əsədin hakimiyyətinin çökməsi və ardınca İranda "dərhal mövcud olan təhdidin" aradan qaldırılması istiqamətində birgə əməliyyatın icrası bu zəncirvari hadisələrin tərkib hissəsidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.